24 Aprel 2026 08:45
187
İQTİSADİYYAT
A- A+
Gəncədə Çin avtomobilləri istehsal olunacaq

Gəncədə Çin avtomobilləri istehsal olunacaq


Gəncə şəhər nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə Çinin iki şirkəti arasında əməkdaşlığa dair sənədlər imzalanıb. 

İmzalanma mərasimindən əvvəl keçirilən hər iki görüşdə Gəncə ŞİH-in başçısı Niyazi Bayramov Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə formalaşan əlverişli biznes və investisiya mühitindən danışıb. Qeyd edib ki, qədim İpək yolu üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq bu gün də "Şərq-Qərb" nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib və bu, şəhərin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir.

"Gəncə Avtomobil Zavodu" İB haqqında məlumat verən müəssisənin rəhbəri Xanlar Fətiyev bildirib ki, zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub, 2004-cü ildə isə Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayıb. Hazırda təxminən 500 nəfərin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar və xüsusi təyinatlı nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksidir. O, həmçinin müəssisənin istehsal imkanları və beynəlxalq əlaqələri barədə məlumat verərək Çin şirkətləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Sonra "CLW Chengli Group" şirkəti ilə əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Azərbaycanda ticarət və yük avtomobillərinin yığımına başlanılması barədə razılıq əldə olunub. Razılaşmaya görə, "Gəncə Avtomobil Zavodu" İB şirkətin Azərbaycanda elektrik şassilərinin satışı və satışdan sonra xidmət, orijinal ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, eləcə də təmir xidmətləri üzrə eksklüziv distribütoru olacaq. İstehsal ediləcək avtomobillərin ilkin olaraq daxili bazar üçün nəzərdə tutulması, növbəti mərhələdə isə ixracının həyata keçirilməsi planlaşdırılır. Sənədlər Xanlar Fətiyev və "CLW Chengli Group" şirkətinin baş meneceri Don Şunquo tərəfindən imzalanıb.

İkinci əməkdaşlıq sazişi isə "Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd" (SAGMOTO) ilə bağlanıb. Bu razılaşmaya əsasən, Azərbaycanda ticarət avtomobillərinin yığımı nəzərdə tutulur. Eyni zamanda "Gəncə Avtomobil Zavodu" İB "SAGMOTO"nun elektrik və dizel şassilərinin, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksessuarlarının satışı, həmçinin satış sonrası xidmət və təmir işləri üzrə eksklüziv distribütor hüququ əldə edib. Sənədləri Xanlar Fətiyev və "SAGMOTO" şirkətinin baş direktor müavini He Vencun imzalayıblar.

Hər iki görüş zamanı Gəncəyə və Çin şirkətlərinin fəaliyyətinə dair videomateriallar nümayiş olunub.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib

11:36
24 Aprel

Kamran İmanov: İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır  

11:25
24 Aprel

USQ Baş Qərargahı: Rusiyanın hücumu Kupyansk rayonunda logistika təchizatını çətinləşdirib

11:12
24 Aprel

“İnnovasiya Potensialına Baxış 2026”: Ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır  

11:06
24 Aprel

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:58
24 Aprel

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

“Brent” neftinin qiyməti həftə ərzində 18 faiz bahalaşıb

10:49
24 Aprel

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

10:46
24 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

10:31
24 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:27
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!