24 Aprel 2026 08:15
188
SİYASƏT
A- A+
Qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq 

Qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq 


Azərbaycanın xarici siyasət uğurlarında tarixi Zəfərimizin və suverenliyimizin  bərpasının yaratdığı yeni reallıqlar əhəmiyyətli rol oynayır. Ötən ilin avqustunda Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə olunması ümumilikdə regionda dayanıqlı inkişafı və təhlükəsizliyi təmin edəcək əsas faktor kimi diqqət çəkir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda ölkəmiz qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilib. Hazırda tərəfdaşlıq karbohidrogen resurslarından bərpa-olunan enerjiyə doğru transformasiya olunur. "Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Ölkəmizin Xəzər dənizindəki külək enerjisi potensialının Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya nəqli layihəsi əməkdaşlığın gələcək miqyasını və hədəfini müəyyən edir. 2024-cü ildə ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi və uğurlu nəticələrin əldə olunmasına imza atdığı COP29 iqlim konfransı çoxtərəfliliyin növbəti nümunəsi olmaqla yanaşı, ölkəmizin  "yaşıl enerji"yə keçidinin təqdir edildiyini bir daha təsdiqlədi. Azərbaycanın  enerji və nəqliyyat imkanları hər zaman beynəlxalq səviyyədə qeyd edilir. Bu imkanlar yeni körpülər qurulmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin tranzit imkanları beynəlxalq maliyyə qurumlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir", - deyə o bildirib. Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyəti artan dövlətdir. Bu baxımdan Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Latviya münasibətləri ümumilikdə dostluq və əməkdaşlıq xarakteri daşıyır, xüsusilə Avropa-Xəzər bölgələri arasında əlaqələrin inkişafı baxımından nümunə sayılır. İki ölkə arasında diplomatik əlaqələr  1994-cü ilin yanvarında qurulub və Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan-Latviya münasibətləri dostluq ruhunda inkişaf edərək konstruktiv xarakter daşıyır. Latviya beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi çıxış edib. Eyni zamanda Latviya Avropa İttifaqı üzvü olaraq Azərbaycanın Avropa institutları ilə əməkdaşlığında mühüm rol oynayır. 

V.Rəhimzadə vurğulayıb ki, müxtəlif səviyyələrdə həyata keçirilən rəsmi səfərlər, parlamentlərarası əlaqələr və siyasi dialoq bu münasibətlərin institusional əsaslarını gücləndirir: "İqtisadi əməkdaşlıq, nəqliyyat və tranzit sahəsində əlaqələr xüsusilə diqqətəlayiqdir. Latviya Baltik regionunda mühüm logistika və nəqliyyat mərkəzi kimi tanınır. Onun limanları Azərbaycanın Avropa bazarlarına çıxışı üçün əlavə imkanlar yaradır. Azərbaycan isə öz növbəsində zəngin enerji ehtiyatları və strateji coğrafi mövqeyi ilə Latviya üçün Cənubi Qafqaz və daha geniş Asiya regionuna çıxış imkanı təqdim edir. Bu amillər iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır".

Deputat bildirib ki, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Bakıya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, sənədlərin imzalanması münasibətləri yeni inkişaf mərhələsinə yüksəldəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, səfərin ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcəyinə, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacağına əmindir: "Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq". 

Latviya Prezidenti Edqars Rinkeviçs bəyanatında aparılan müzakirələri çox müsbət, praqmatik və gələcək əməkdaşlıq kimi dəyərləndirərək Azərbaycanı xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi gördüklərini vurğuladı.

İki ölkə arasında mədəni və humanitar sahədə münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini deyən deputat bildirib ki, təhsil proqramları, tələbə mübadiləsi, mədəni tədbirlər iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir: "Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması da bunun təsdiqidir. Bu əlaqələr dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda humanitar müstəvidə də dərinləşdiyini göstərir. Enerji sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biridir. Azərbaycanın enerji resursları Avropa ölkələri, o cümlədən Latviya üçün alternativ mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Latviya arasında münasibətlər dostluq xarakterli və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modeli kimi qiymətləndirilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!