17 Mart 2021 00:20
2297
Mədəniyyət
A- A+
Şəhidlik zirvəsinə ucalanlar

Şəhidlik zirvəsinə ucalanlar

 

“Əbədi yaşayanlar - Şəki şəhidləri” kitabı ölməzlik qazanan igidlərimizin şərəfli ömür və döyüş yollarından geniş bəhs edir

 

Bu da 44 günlük Vətən müharibəsinin son akkordları... Qarabağımızın aranlı-dağlı ellərindən 30 ilə yaxındır ki, didərgin salınmış soydaşlarımızın gözlədiyi, həsrətini çəkdiyi tarix: 10 dekabr 2020-ci il. Ali Baş Komandanın hər an əmrinə hazır olan Müzəffər Azərbaycan Ordusu işğalda qalan əzəli-əbədi torpaqlarımızı azad edərək, düşmən üzərində çaldığı Qələbənin paytaxt Bakının Azadlıq meydanında Zəfər paradını keçirdi. Dünya bu Qələbəni alqışladı. Bu Qələbənin əldə edilməsi üçün canından-qanından keçən oğullarımızın müqəddəs ruhları da şad oldu.

Azərbaycan Prezidenti xalqımıza qələbə sevincini yaşadan, lakin Qələbə paradını görə bilməyib, qanı ilə “Qarabağ Azərbaycandır!” yazan şəhidlərimizi dövlətin ali mükafatları ilə təltif etdi. Xalqımızın qəlbində əbədiyyət qazanan şəhid qəhrəmanlarımızın qısa, lakin şərəfli ömürləri dastan və əfsanəyə çevrilməmiş qələmə alındı. Onların mübarək döyüş yollarında göstərdikləri şücaətlər, igidliklər gənclərə örnək oldu. Şanlı Qələbənin əldə edilməsində misilsiz xidmət göstərənlərin əbədiyyət laylası yalnız onların doğma ana-bacılarının deyil, əlində kamil qələmi, köksündə Vətən sevgisi olan yazarlarımızın da dilində bayatıya, ağıya çevrildi.

Belə dastanlaşmış ömür sahiblərinin bir qrupu da Azərbaycanın gözəlliklər diyarı olan Şəkidən yola düşmüşdü Vətən müharibəsinə. Hələ Birinci Qarabağ savaşında da şəkili gənclər könüllü olaraq döyüşlərdə iştirak edib və onlardan 214 nəfəri müqəddəs zirvəyə ucalmışdılar. Şəkidən 4 nəfər də Aprel şəhidi olub. Bu rayondan 74 nəfər isə Qarabağın erməni daşnaklarından müdafiəsində itkin düşüb...

Rəfiqə xanım Sadıqovanın bu günlərdə “Hədəf” nəşrində çapdan buraxılan “Əbədi yaşayanlar - Şəki şəhidləri” kitabında bir-birindən dəyərli faktlar, məzmunlu yazılar yetərincədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” fikri ilə açılan kitabın layihə rəhbəri Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ideya müəllifi SHXÇDX-nin Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı, redaktoru isə tarix elmləri doktoru, professor Həsənbala Sadıqovdur.

Kitabı vərəqləmək kifayətdir ki, orada tarixləşən ömürlərin şərəfli yolçularını tanıyasan. Vətənin çağırışına könüllü qoşulan, bir-birindən igid, cəngavər oğulların qısa, lakin şərəfli döyüş yollarından söz açan oçerkləri oxuyarkən bir daha əmin olursan ki, cəmi 44 günlük Vətən müharibəsini xalqımız mütləq Qələbə ilə başa çatdırmalı idi. Məhz belə vətənpərvərlərimizin qəhrəmanlıqları Ermənistanı təslim aktına imza atmağa vadar etdi!

Kitabın redaktoru, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Vətən müharibəsində qazanılan zəfər” məqaləsindən oxuyuruq: “Kütləvi qəhrəmanlıq cəbhədə və arxada özünü göstərir. Şəhidlərə münasibəti isə xüsusi qeyd etməliyik. Şəhidin sahibi vətəndir. Onların valideynləri “Vətən sağ olsun!” deyirlər...”

Müəllifin “Şəhid balam...” yazısının hər sətrindən Vətənə can qurban verən oğulların ürək sözləri eşidilir sanki: “...Şəhidlər haqqında yazmaq üçün onların valideynləri və doğmaları ilə görüşənədək çox götür-qoy etdim; verdiyim suallar görəsən onların dərdini təzələməz ki? Əslində, şəhidlər üçün keçmiş zaman yoxdur. Onlar hər zaman müasirlərimiz olaraq qalacaqlar: bu gün də, sabah da, yüz il keçsə də!

Bu görüşlərdə hiss etdim ki, şəhid anaları bir-birinə bənzəyir. Onları birləşdirən böyük kədərləri, övlad nisgili, bir də Vətən sevgisidir...”

SHXÇDX Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı isə qələmə aldığı yazıda incə məqamlara toxunmaqla, şəhidliyin müqəddəsliyini önə çəkib: “...Vətən müharibəsi dövründə Şəki 56 şəhid verdi. Ürəyimiz 56 dəfə dolub-boşaldı: həm qürurlandıq, həm də itirdiyimiz igidlərə görə kədərləndik... Göybulaq kəndindən baş miçman Mərdan Mehdizadənin dəfni zamanı diqqətimi onun 10 yaşlı oğlu cəlb etdi. Ona atasının nəşi üzərində olan üçrəngli bayrağı təqdim edəndə “mən ağlamıram, igidi, şəhidi ağlamazlar, çünki onlar haqq yolunda qurban gediblər. Bu müqədddəs məkanda söz verirəm, hərbçi olacağam, Vətənə xidmət edəcəyəm” dedi...”

Yüksək poliqrafiya mədəniyyəti ilə çapdan buraxılan 360 səhifəlik, texniki tərtibat baxımından da diqqət çəkən, Müzəffər Milli Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikri ilə açılan kitabda istər Vətən müharibəsi şəhidlərinin, istərsə də Qələbə sevinclərini bölüşmək üçün meydan və küçələrə axışan gənclərimizin coşqusu rəngli şəkillərlə öz əksini tapıb.

 Kitabda həmçinin Birinci Qarabağ savaşında Vətənin çağırışına Şəki rayonundan səs verib ön cəbhəyə könüllü yollananların, Aprel şəhidlərinin, eləcə də itkin düşən 74 nəfərin siyahısı da oxucuların diqqətinə çatdırılır.

Bu da kitabın son üz qabığı: 64 igid şəhidimizin şəkilləri. Aralarında evli olanı də var, subayı, nişanlı olanı da. Yaşları müxtəlif, əqidə və amalları isə bir olub: “Vətən mənə oğul desə...”

Müəllifin kitabın sonunda verdiyi “Şəhidlərimiz haqqında elegiya” isə öz qəhrəmanlarına igidlərin ana-bacılarının, şəhid balalarının bədii sözün qüdrətinə sığınan vida nəğməsidir: “...Şəhid valideynləri, şəhid balaları, evinizdə müqəddəs bir əmanət var: şəhid oğlunuzun, şəhid atanızın tabutuna örtülmüş, ailənizə yadigar verilmiş üçrəngli dövlət bayrağı! Sizin üçün yeni bir müqəddəs ünvan var: övladınızın, atanızın uyuduğu qara mərmərli məzar!

Vətən sizinlə də qürur və fərəh duysun!

Başınız yalnız şəhid atanızın məzarı qarşısında əyilsin!

Siz qəhrəman övladısınız!

Siz Vətənə, Vətən sizə borcludur...”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!