23 Yanvar 2022 00:40
1095
Elm və texnika
A- A+
Şərqdən dünyaya yayılan təmizlik mədəniyyəti

Şərqdən dünyaya yayılan təmizlik mədəniyyəti

 

Saç yuyucu vasitələrinin istehsalı ənənələrinin mənşəyi Şərqdə axtarılmalıdır. Çünki Avropada saçları xüsusi vasitələrlə yumaq ənənəsi olmayıb.

Dünyada ilk şampunun ixtirası misirlilərə gedib çıxır. Qədim misirlilər saçlarını limon turşusu ilə yuyardılar. Evdə hazırlanmış ətirli limon turşusu və sabun qarışıqları əsrlər boyu istifadə edilib. Qaynar suda sabuna soda və ya kalium qatılaraq əldə edilən qarışıq müasir şampunların ilki olub və Orta əsrlərdən bəri evlərdə hazırlanıb.

Avropalılar zaman keçdikcə Çin və Yaxın Şərq ölkələrindən mütəmadi olaraq yuyunma vərdişini mənimsəyərək onları öz vətənlərinə gətiriblər.

Macəra səyahətləri edən və ya sərvət axtarışına çıxan  avropalılar dünyanın digər yerlərində insanların özlərinə çox ciddi şəkildə qayğı göstərdiyini görüb təəccübləniblər. Onlar belə səyahətləri zamanı görürdülər ki, çinlilər bədənlərini mütəmadi olaraq yuyurlar.  Çin qadınları saçlarının daha yaxşı uzanması üçün ətirli sidr ekstraktından istifadə edirdilər. İndoneziyada isə yerli sakinlər saçlarını yumaq üçün düyü samanı və düyü qabığını yandırırdılar. Qələvi xüsusiyyətləri olan kül köpük yaranana qədər su ilə qarışdırılır və sonra saçlara sürtülürdü. Bu zaman saç təmiz, lakin çox quru olurdu. İndoneziyalılar saçlarını Hindistan cevizi yağı ilə nəmləndirirdilər. Zəngin hindlilərin saçları qızmar günəşdə olduqca çox parıldayırdı. Müstəmləkəçilərin saçları isə istilik və nəmdən bir-birinə yapışırdı.

Ərəb qadınları saçlarını yumaq üçün heyva qabığını dəmləyir, soyuq suda isladılmış aloe budaqlarının şirəsini çəkirdilər. Bu vasitələr saçların yaxşı görünməsinə kömək edirdi.

Şimali Amerikada hindular gəlmə insanlara saçlarını yumaq üçün xüsusi otun köklərindən istifadə etməyi və kolun bir hissəsindən kəpək hazırlamağı öyrətdilər.

Şərq ölkələrindən fərqli olaraq, Avropada bədənə həddindən artıq diqqət yetirmək və ona qayğı göstərmək uzun müddət fitnə hesab olunub. XVIII əsrin ortalarında ingilis parlamenti hətta “möcüzə iksirlərinə” qarşı xüsusi bir qanun qəbul etmişdi. Bu qanun əsasında ətir və makiyajdan istifadə edən bütün qadınlar sehrbaz kimi cəzalandırılırdı və onlarla bağlanmış nikahlar pozulurdu.

 

İlk şampun fabrikinin yaranma tarixi

 

Hind dilində “masaj etmək” mənasını verən şampunla bağlı anlayış 1740-cı illərdən bəri Hindistanla bağlı kitablarda yer alıb. Şampun ilk dövrlərdə indiki kimi maye halında deyil, kiçik paketlərdə toz qarışığı şəklində satılmağa başlayıb. Bu toz su ilə qarışdırılaraq şampun əldə edilirdi. Şampun daha sonra şüşə qablarda maye şəklində satıldı. Qablaşdırma sənayesinin inkişafı nəticəsində şampunların bugünkü forması əldə edilib.

İlk yuyucu əsaslı şampun 1890-cı illərdə Almaniyada istehsal edilib və Birinci Dünya müharibəsindən sonra satışa çıxarılıb. 1930-cu ildə normal, 1933-cü ildə yağlı və quru saçlar üçün şampun istehsal edilib.

Digər məlumatlara görə, ilk şampun XIX əsrdə İngiltərədə ortaya çıxıb. İngilis Casey Herbertin sabun və otun qarışığından yaratdığı şampun londonlular arasında tez bir zamanda populyarlıq qazanıb və Herbert uğurlu iş adamına çevrilib. Tezliklə şampun torbaları bütün böyük apteklərdə və bərbərxanalarda satılmağa başlayıb.

1903-cü ildə bir müştərinin Berlindəki Hans Schwarzkopfun kiçik aptekinə daxil olması şampun bazarında əsaslı yeniliyin baş verməsinə səbəb olub. Aptekə daxil olan xanım burada İngiltərədən aldığı kiçik saç yuyucu məhsullar haqqında danışıb. “O, çox rahatdır! Əgər burada da belə bir şey olsaydı, yaxşı olardı” deyən qadının bu sözlərindən sonra araşdırmalarına başlayan alman kimyaçı şampunun formulunu taparaq saç yuyucu toz istehsalını qurub və onu hətta indiyə qədər məşhur olan bir ticarət markası adı altında patentləşdirib. Bir müddət sonra Schwarzkopf şampunun tərkibini yaxşılaşdırmağa qərar verib. Bunu etmək üçün o, şampuna bənövşəyi ekstrakt əlavə edib. Bununla da şampunda xoş bir qoxu yaranıb. Daha sonra müştərilərə tərkibində badam yağı olan şampunlar təqdim edilib. Məhsul satışa çıxarıldıqdan bir il sonra (1904-cü ildə) kimyaçı artıq bir neçə növdə  - bitki mənşəli, lanolin, kükürd, qatran, ağcaqayın və çobanyastığı ekstraktları ilə şampun istehsal etməyə başlayıb və özünün “Schwarzkopf” fabrikini açıb. Bu fabrik dünyada ilk şampun istehsal edən müəssisədir.

1921-ci ildə “şampun padşahı” vəfat edəndə onun işini həyat yoldaşı və oğlu davam etdirərək istehsalı daha da genişləndiriblər. 1927-ci ildə onlar müştərilərinə ilk maye şampunu təqdim ediblər.

Bütün üstünlüklərinə baxmayaraq, toz şampununun ciddi qüsurları da var idi. Şampunlu kağız torbalar islanırdı. Bundan əlavə, tozlar bəzən allergik reaksiya doğururdu. Maye şampun daha yaxşı köpükləndi, saçın çirklənmədən təmizlənmə səviyyəsi daha yüksək oldu. Maye şampunun yaradılması bu sahədə səmərəli yenilik oldu.

Sonralar şampunların istehlak xüsusiyyətlərini yaxşılaşdırmaq üçün istehsalçılar ona saçların görünüşünü yaxşılaşdıra biləcək kondisionerlər əlavə etməyə başladılar. Kondisionerlər yuyucu vasitələrin qələvi təsirini neytrallaşdırır, saçı nəmləndirir, ona həcm, parlaqlıq, yumşaqlıq və elastiklik verirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!