14 İyul 2024 07:49
725
SİYASƏT
A- A+
Şərəfli tariximizi yaradan Lider

Şərəfli tariximizi yaradan Lider

 

Xalqların taleyində, dövlətlərin tarixində böyük şəxsiyyətlərin, liderlərin və müdrik rəhbərlərin rolu ilə bağlı çoxsaylı misallar çəkmək olar. Məsələn, qardaş Türkiyə xalqı Mustafa Kamal Atatürkün, amerikalılar Corc Vaşinqtonun, ingilislər Uinston Çörçilin, fransızlar Şarl de Qollun sayəsində fəxarətlə bəhs etdikləri öz dövlətçiliklərinin tarixini yaradıblar.
Xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin də adı öz xalqının şərəfli salnaməsini yazan görkəmli dövlət xadimləri sırasında yer alır.  Heydər Əliyev istər keçmiş ittifaq, istərsə də müstəqillik illərində respublikamızın möhtəşəm tarixini yaradıb, rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin yüksəlişini və qüdrətlənməsini təmin edib.
Olduqca qürurvericidir ki, Heydər Əliyev siyasəti bu gün də davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünə qədəm qoyması, torpaqlarımızın işğaldan azad edilməsi kimi tarixi nailiyyətlərimiz göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətimizin yüksəlişinə, öz hədəflərinə uğurla çatmasına xidmət edir. Ona görə Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, xatirəsi hər gün ehtiramla, dərin məhəbbətlə xatırlanır. Ulu Öndərlə bağlı hər bir tarix və hadisə isə xalqımız tərəfindən böyük sevgi ilə, bayram coşqusu ilə qarşılanır, qeyd olunur. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə başladığı 14 iyul günü də bu baxımdan əlamətdar tarixlərdən biridir. 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi  seçilmiş və məhz həmin tarixdən Azərbaycanın tarixində tamamilə yeni mərhələ başlanmışdır. Bu gün həmin tarixdən 55 il ötür.
Neft ölkəsi olmasına və buna görə sənayenin inkişafı baxımından böyük potensialına rəğmən öz iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdə qərarlaşan Azərbaycanın tezliklə müttəfiq respublikalar arasında liderlər cərgəsinə yüksəlməsi, cəmiyyət həyatının bütün sahələrində müsbətə doğru dəyişikliklərin baş verməsi, neqativ meyillərə son qoyulması, təhsilin inkişafı, idarəçilikdə azərbaycanlı kadrların sayının çoxalması, xalqımızın milli və mənəvi dəyərlərinin  qorunmasına xidmət edən addımların atılması Heydər Əliyevin Azərbaycana sovet dövr rəhbərliyinin əsas göstəriciləridir. Ulu Öndər xalqımızı yad mədəniyyətlərin təsirindən qorudu, atdığı addımlarla milli dəyərlərimizi yaşatdı. Milli düşüncələrinə görə sovet rejimi tərəfindən təqibə məruz qalan şair və yazıçıları da Heydər Əliyev şəxsiyyəti böyük qətiyyətlə qorudu. Ümumilikdə isə Ulu Öndər o dövrdə həm  iqtisadiyyatımızı inkişaf etdirməklə, həm də xalqımızın milli oyanışına yol açan təşəbbüsləri dəstəkləməklə, gələcək müstəqilliyimizin əsaslarının yaranmasını təmin etdi. Azərbaycanın müstəqilliyinə aparan bütün təməllər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə formalaşdı.
Heydər Əliyev xalqına, vətəninə bağlı,  milli dəyərlərlə silahlanmış şəxsiyyət idi. Təsadüfi deyil ki, 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdikdən sonra da Heydər Əliyev xalqımızın yanında, daha dəqiq desək, milli müstəqillik mücadiləsinin önündə idi. Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı 1990-cı il yanvarın 21-də  Moskvada verdiyi cəsarətli bəyanat, hələ sovet dövlətinin mövcud olduğu dönəmdə Naxçıvanda üçrəngli bayrağımızı ucaltması, bütün sovet atributlarından imtina  etməsi, ilk dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi xalqımızın müstəqillik mücadiləsinin elə hadisələridir ki, onları hansısa başqa məqamlarla müqayisə etmək qeyri-mümkündür. Heydər Əliyev bununla xalqımızın müasir dövlətçilik salnaməsinin qürurdoğuran səhifələrini yazdı, şərəfli tariximizi yaratdı.
Həm sovet dövründəki, həm milli müstəqillik uğrunda mübarizə mərhələsindəki tarixi xidmətlərinə görə Heydər Əliyev xalqımızın dərin sevgisini qazanmışdı. Elə buna görə də müstəqilliyimizin ilk illərində yaranan dərin böhran zamanı xalq Heydər Əliyevə üz tutdu. Çünki hamı Heydər Əliyevə inanır, yalnız ona güvənirdi. 1993-cü ilin məlum hadisələrindən sonra xalqın çağırışı ilə Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası bir daha Ulu Öndərin böyük siyasi təcrübəsinin, müdrikliyinin və vətənpərvərliyinin təntənəsinə çevrildi. Tariximizdə baş verənlərə nəzər yetirdikcə bir daha əmin oluruq ki, əgər 1993-cü ildə Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi hakimiyyətə qayıtmasaydı, müstəqilliyimizdən və dövlətçiliyimizdən əsər-əlamət qalmazdı. 
Heydər Əliyev öz qətiyyəti, siyasi iradəsi ilə müstəqilliyimizi layiqincə qorudu,  dövlətçiliyimizin möhkəm və etibarlı təməllərini yaratdı. Xalqımız bu gün müstəqil yaşadığına görə məhz Heydər Əliyevə minnətdardır. Aradan illər, onilliklər ötdükcə Heydər Əliyev dühasının böyüklüyünü daha dərindən anlayır, o cümlədən uğurlarımızın timsalında daha aydın görürük. Müasir və müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında, inkişafında Heydər Əliyevin tarixi rolu, siyasi irsinin böyük izləri var. Ulu Öndər özünün əbədiyaşar ideyaları ilə, Azərbaycanın yüksəlişinə, cəmiyyətimizin yüksək rifahına xidmət edən alternativsiz siyasi kursunun davam etdirilməsi ilə xalqımızın qəlbində yaşayır. Heydər Əliyevin müəyyən etdiyi, müəllifi olduğu siyasi kursun və inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan ötən 20 ildən artıq bir dövrdə tarixi inkişaf yolu keçib, tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bunların göstəricisi kimi Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanması, Azərbaycanın isə beynəlxalq münasibətlər sistemində ehtiramla qarşılanan dövlət olması hər birimizi dərindən fərəhləndirir. 
2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoymaqla, ərazi bütövlüyümüzün tam bərpa olunması tarixin ən qüdrətli Azərbaycanının möhtəşəm təsdiqi oldu. Bu hadisələrin hər biri Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasətinin təntənəsinə çevrildi. Tariximizi şərəfləndirən bu qələbələr bir daha göstərdi ki, müasir dövlətçilik tariximizin yarım əsri ötmüş şərəfli bir epoxasının müəllifi olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. 
Bəli, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasının 55-ci ildönümünü dövlətçiliyimizin və müstəqilliyimizin parlaq və şərəfli səhifələrini təşkil edən olduqca möhtəşəm nailiyyətlərlə qeyd edirik. Heydər Əliyev epoxasının hər bir mərhələsi  xalqımızın qürur mənbəyidir. Özünün əsas milli hədəflərinə layiqincə  çatan respublikamız möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə də yeni uğurlara imza atacaq. Şərəfli tariximizi yaradan Ulu Öndər Heydər Əliyevin ölməz ideyaları isə bu yolda hər zaman xalqımızın əsas istinad mənbəyi olacaq.

Novruzəli ASLANOV,  
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!