20 Sentyabr 2022 18:21
735
DÜNYA
A- A+

Respublikaçı senatorlar Kiyevə 12 milyard dollar yardım ayrılmasını dəstəkləyir

 

Amerikalı respublikaçı senatorlar Ukraynaya ABŞ administrasiyasının tələb etdiyi təxminən 12 milyard dollar məbləğində əlavə yardım ayrılmasını dəstəkləməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ evin mətbuat katibi Karin Jan-Pyer ötən həftə Co Bayden administrasiyasının Kiyevə əlavə yardımı dəstəkləməyə çağırdığını bildirib. Administrasiya Ukraynaya yardım üçün vəsaitin sentyabrın 30-da başa çatacaq maliyyə ilində ayrılmasına imkan verən qanun layihəsinə daxil olunmasına ümid bəsləyir.

Texas ştatından olan respublikaçı senator Con Kornin telekanala deyib ki, Konqres üzvləri yardım paketinə məhz nəyin daxil olunacağını hələ müzakirə edirlər. Onun sözlərinə görə, ABŞ təşəbbüs çərçivəsində Kiyevə 11 milyard dollara yaxın humanitar, iqtisadi və hərbi yardım təqdim edəcək. Dəqiq məbləğ isə hələlik müəyyənləşməyib.

Pentaqon bundan əvvəl bildirmişdi ki, hazırkı administrasiyanın dövründə Birləşmiş Ştatlar Ukraynaya ümumilikdə 15,8 milyard dollara yaxın hərbi yardım ayırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video