12 Dekabr 2025 16:54
702
DÜNYA
A- A+
Tailandın Baş naziri Kamboca ilə qarşıdurma fonunda parlamenti buraxıb   

Tailandın Baş naziri Kamboca ilə qarşıdurma fonunda parlamenti buraxıb   

Tailandın Baş naziri Anutin Çarnvirakul Kral Maha Vajiralonqkornun təsdiqini aldıqdan sonra parlamentin aşağı palatası olan Nümayəndələr Palatasını buraxıb. Bu, Kamboca ilə davam edən sərhədyanı qarşıdurmalar fonunda baş verib.

Qanuna görə, seçkilər kral namizədliyinin təsdiqlənməsindən 45-60 gün sonra keçirilməlidir və bu müddət ərzində Anutin hökumətə məhdud səlahiyyətləri olan müvəqqəti sədr kimi yeni büdcəni təsdiq etmək hüququ olmadan rəhbərlik etməyə davam edəcək.

Bu addım həssas siyasi bir məqamda atılıb, çünki Tailand uzun müddətdir mübahisəli sərhəd iddiaları səbəbindən Kamboca ilə genişmiqyaslı hərbi əməliyyatlar aparır. Son bir neçə həftə ərzində döyüşlərdə iyirmidən çox insanın həlak olduğu və hər iki tərəfdən yüz minlərlə insanın zorla didərgin salındığı bildirilir.

Anutin Çarnvirakul Taylandın baş naziri vəzifəsində cəmi üç ay çalışıb və cəmi bir il xidmət etmiş Paetonqtarn Şinavatranı əvəz edib.

O, əsas müxalifət Xalq Partiyasının dəstəyi ilə sentyabr ayında keçirilən parlament səsverməsində qalib gəlib və bunun müqabilində parlamenti dörd ay ərzində buraxmaq və seçilmiş təsis məclisi tərəfindən yeni konstitusiyanın hazırlanması üçün referendum keçirmək vədi verib.

Mütərəqqi platformada fəaliyyət göstərən Xalq Partiyası uzun müddətdir ki, hərbi hakimiyyət dövründə tətbiq edilən konstitusiyaya dəyişikliklər etməyə çalışır və onu daha demokratik hala gətirəcəyini iddia edir. 

Xalq Partiyası Nümayəndələr Palatasında ən çox yerə sahibdir və Phumcaithay Partiyasının əsas rəqibi hesab olunur.

Anutin əvvəlki hökumətdə xidmət edib, lakin Kamboca ilə sərhəddəki gərginliklə bağlı siyasi qalmaqaldan sonra iyun ayında istefa verib və partiyasını koalisiya hökumətindən çıxarib.

Tailandın keçmiş Baş naziri Taksin Şinavatranın qızı Paethonqtarn, iyul ayında baş verən silahlı münaqişədən əvvəl Kamboca Senatının spikeri Hun Senlə siyasi cəhətdən güzəştə gedən telefon danışığı ilə bağlı etik pozuntularda günahkar bilindikdən sonra vəzifəsindən kənarlaşdırılıb.

İndi isə Tailand yenidən Kamboca ilə ağır döyüşlərə girdiyindən, Anutin millətçi hisslərə müraciət edərək aqressiv hərbi mövqe tutub və Tailandın suverenliyi və təhlükəsizliyi təmin olunana qədər mübarizəsini davam etdirəcəyini bildirib. 

İyul ayında beşgünlük sərhədyanı döyüşlərdən sonra ABŞ Prezidenti Donald Tramp iki ölkəni atəşkəs barədə razılığa gəlməyə sövq edib və ticarət imtiyazlarını ləğv etməklə hədələyib.

Bu həftə yenidən genişmiqyaslı döyüşlər başladıqdan sonra D.Tramp növbəti dəfə iki ölkə arasında sülh gətirəcəyinə söz verib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”







Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!