25 Sentyabr 2026 19:38
141
İQTİSADİYYAT
A- A+
Sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlbinə dair müzakirələr aparılıb  

Sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlbinə dair müzakirələr aparılıb  


İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlb edilməsi, istehsalın və ixracın genişləndirilməsi, eləcə də Azərbaycanın regional dəyər zənirlərinə inteqrasiyasındakı rolu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya “AnewZ” telekanalının baş redaktoru Qay Şoun modereatorluq edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırılan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Ölkəmizdə mövcud olan sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaratdığı imkanlar, sənaye zonalarında tətbiq olunan təşviq mexanizmləri barədə məlumat verilib. Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına yaratdığı üstünlüklər diqqətə çatdırılıb. İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. Bərabər rəqabət imkanlarının təmin edilməsi, istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Müzakirələrdə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, Danimarkanın “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, İtaliyanın DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.

Panel sessiyada Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib. Azad iqtisadi zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd edilib.

İştirakçılar beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

20:16
25 Sentyabr

Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar 

20:11
25 Sentyabr

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

20:05
25 Sentyabr

Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

20:00
25 Sentyabr

Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub

19:52
25 Sentyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:49
25 Sentyabr

Sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlbinə dair müzakirələr aparılıb  

19:38
25 Sentyabr

“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib

19:33
25 Sentyabr

Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

19:25
25 Sentyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

19:20
25 Sentyabr

“Qarabağ gecəsi” xeyriyyə konserti: Laçın şəhərinə böyük konsert royalı hədiyyə edilib

19:15
25 Sentyabr

XİN: Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

19:06
25 Sentyabr

ANAMA: Minatəmizlənmiş ərazilər xarici keyfiyyət qiymətləndirilməsindən sonra təhvil verilir

19:00
25 Sentyabr

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq

18:47
25 Sentyabr

Bağdad Amreyev: Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi əsas hədəflərdəndir

18:40
25 Sentyabr

Milyonlarla “Volkswagen” servislərə qayıdır

18:35
25 Sentyabr

“Google Gemini” yeni rəqəmsal köməkçi funksiyasını istifadəyə verib  

17:57
25 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib

17:51
25 Sentyabr

Qərbi Nil virusu bir həftədə 4 can aldı

17:30
25 Sentyabr

Dərman istifadə etmədən ağrını azaltmağın yolu açıqlanıb

16:49
25 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş   

16:45
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!