25 Sentyabr 2026 16:49
154
DÜNYA
A- A+
Dərman istifadə etmədən ağrını azaltmağın yolu açıqlanıb

Dərman istifadə etmədən ağrını azaltmağın yolu açıqlanıb


Adelaida Universitetinin alimləri müəyyən ediblər ki, fiziki hərəkətlər həm kəskin, həm də xroniki ağrıları hiss olunacaq dərəcədə azalda bilir, üstəlik qısa və yüngül məşqlər daha effektiv nəticə verə bilər.

“PAIN Reports” jurnalında dərc olunan tədqiqat çərçivəsində mütəxəssislər 221 mindən çox insanın iştirak etdiyi 2 736 araşdırmanı əhatə edən 157 sistematik icmalı təhlil ediblər. Onlar dayaq-hərəkət aparatı, sinir, iltihabi və onkoloji xəstəliklər zamanı məşqlərin ağrıya təsirini öyrəniblər.

Məlum olub ki, fiziki aktivlik ağrının intensivliyini on ballıq şkala üzrə orta hesabla 1,1 bal azaldır. Müsbət təsir aerobika və güc məşqlərindən tutmuş yoqa, pilates və tayçiyə qədər müxtəlif növlərdə müşahidə edilib. Bununla yanaşı, daha ağır və uzunmüddətli məşqlər daha böyük effekt verməyib, ən nəzərəçarpan azalma məhz aşağı intensivlikli qısa proqramlarda qeydə alınıb. Hətta həftədə ümumi müddəti iki saatdan az olan məşğələlər belə fayda gətirib. Alimlər bu effekti onunla izah edirlər ki, hərəkət zamanı orqanizm ağrı hissiyyatını azaldan endorfin və serotonin ifraz edir, həmçinin fiziki aktivlik iltihabı azaltmağa və beynin ağrı siqnallarına reaksiyasını dəyişməyə kömək edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Nil virusu bir həftədə 4 can aldı

17:30
25 Sentyabr

Dərman istifadə etmədən ağrını azaltmağın yolu açıqlanıb

16:49
25 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş   

16:45
25 Sentyabr

Sezai Uçarmak: Azərbaycan regional nəqliyyat və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır  

16:38
25 Sentyabr

Lənkəranda narkotik əməliyyatları

16:34
25 Sentyabr

Çin yeni “Yaogan-40” peyklərini fəzaya buraxdı

16:27
25 Sentyabr

Dövlət Xidmətinin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

16:14
25 Sentyabr

Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib  

15:57
25 Sentyabr

Formula 2: İrlandiyalı pilot birinci əsas yarışın qalibi olub - YENİLƏNİB

15:50
25 Sentyabr

Şahmat taxtasının səssiz qəhrəmanına beynəlxalq mükafat

15:45
25 Sentyabr

ANAMA: Mina xəritələrindəki qeyri-dəqiqliklər minatəmizləmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir  

15:26
25 Sentyabr

Formula 2 zamanı zəncirvari qəza olub, yarışda fasilə yaranıb

15:24
25 Sentyabr

Formula 1 pilotları azarkeşlərlə görüşüb

15:23
25 Sentyabr

Formula 2: “Prema” komandasının daha bir pilotu mübarizəni dayandırıb

15:22
25 Sentyabr

Avstraliya süni intellektlə bağlı texnologiya şirkətlərinə qarşı sərt mövqe nümayiş etdirir  

15:19
25 Sentyabr

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

14:58
25 Sentyabr

Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  

14:56
25 Sentyabr

Ələtdə yeni texnologiya ilə silisium istehsal olunacaq

14:55
25 Sentyabr

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!