30 Noyabr 2024 09:05
886
İQTİSADİYYAT
A- A+
Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb


Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində Şəmkirin xurma bağlarında bol məhsul yetişmişdir. 

1883 hektar xurma bağının hər hektarından 150-170 sentner məhsul götürən təsərrüfat sahibləri alıcı sarıdan da problemlə üzləşmirlər. Təsərrüfat sahibləri məhsulu elə bağlarında satırlar.

Cari il bağlardan 43 min 546,8 ton xurma yığılıb. İstehsal olunan məhsulun əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur.

Qeyd edək ki, Şəmkir rayonunda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda 5 min hektardan çox meyvə və giləmeyvə bağı var.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!