11 Oktyabr 2023 10:35
1078
Mədəniyyət
A- A+
Səhnə uğurları qazanan 95 yaşlı teatr

Səhnə uğurları qazanan 95 yaşlı teatr

 

Ötən əsrin iyirminci illərində Azərbaycanda teatr sənəti inkişaf yoluna üz tutur, yeni dram dərnəkləri yaranırdı. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil edildi. 
Dərnəyə rejissor təyin olunan Ağadadaş Qurbanovun həmin vaxt on dörd yaşı vardı. Onun quruluşunda Lətif Kərimlinin "Fırtına" tamaşası 1927-ci il martın 15-də nümayiş edildi. Həmin tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda təşkil edilən Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının (LKGİ) VIII qurultayı nümayəndələrinə təqdim olundu. Qurultay nümayəndələri Bakıda Uşaq Teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdılar. Bakı Uşaq Teatrı 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə rəsmi fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları oldular.
1928-ci il noyabrın 6-da teatrın rus bölməsi N.Smirnov və S.Şerbakovun "Beş nəfər" adlı pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə, 1930-cu il yanvarın 30-da isə Azərbaycan bölməsi N.İvanterin "Qırmızı qalstuk əleyhinə" adlı tamaşası ilə fəaliyyətə başladı.
Bakı Uşaq Teatrı 1936-cı il iyulun 18-dən Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən, "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı" adlandırıldı. Teatra rus yazıçısı Maksim Qorkinin adı verildi. 1936-cı ildə Moskvada Rejissorluq fakültəsini başa vuran Məhərrəm Haşımov teatrın baş rejissoru təyin edildi. O, V.Lyubimovanın "Seryoja Streltsov" əsərini teatrın hər iki bölməsində uğurla səhnələşdirdi.
Görkəmli uşaq yazıçısı Abdulla Şaiq 1937-ci ildə teatrın ədəbi hissə müdiri təyin edildi. Milli uşaq dramaturgiyası əsasında yaranan ilk səhnə əsərləri nümayiş edildi.  Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları teatra müvəffəqiyyət gətirdi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 1940-cı ilin noyabrında Moskvada keçirilən Sovet Uşaq Teatrlarının I Ümumittifaq baxışında iştirakı yaddaqalan oldu.  Teatrın yaradıcı kollektivinin təqdim etdiyi Sabit Rəhman və Adil İskəndərovun "Partizan Məmməd", Əliməmməd Atayev və Əhməd Əhmədovun "Seyran" pyesləri əsasında hazırlanmış tamaşaları rəğbətlə qarşılandı.
İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında "Fitnə", "Qaraca qız", "Skapenin kələyi", "Polad necə bərkidi", "Hacı Qənbər", "Sevinc" kimi tamaşaçıların marağına səbəb olan tamaşalar diqqət çəkirdi.
1952-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni binada öz tamaşalarını nümayiş etdirdi. Sənətşünasların fikrincə, bu teatrın 1950-ci illərdəki fəaliyyəti, xüsusilə Azərbaycan bölməsində "Anacan", "Aprel səhəri", "İki həyat", "Çiçəkli dağ", "Aqil və Sərvinaz", rus bölməsində "Pavlik Morozov", "Sombrero", "Valya Kotik", "Polad üzük" kimi tamaşaları ilə uğurlu oldu.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi 1954-cü il fevralın 28-də təntənəli şəkildə qeyd edildi. 1954-cü il sentyabrın 10-da teatr  26-cı mövsümünə Cəfər Cabbarlının "Yaşar" pyesinin tamaşası ilə başladı. 1950-ci illərdə yeni aktyor nəsli nümayəndələrinin - Firəngiz Şərifova, Osman Hacıbəyov, Rəhilə Məlikova, İrina Vasilyeva, Georqiy Sıqankov, Tamara Razumovskaya və başqalarının teatra gəlişi kollektivi daha da canlandırdı.
"Komsomol poeması" tamaşasının bir qrup yaradıcı heyəti - quruluşçu rejissor Zəfər Nemətov, rəssam Altay Səidov, aktyorlardan Yusif Vəliyev, Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, bəstəkar Fikrət Əmirov və dramaturq İskəndər Coşğun 1967-ci ildə ilk dəfə təsis edilmiş Respublika Lenin Komsomolu Mükafatı laureatı adına layiq görüldülər.
Ümumiyyətlə, teatrşünaslar bu teatrın 1960-cı illərdəki fəaliyyətini xüsusilə səmərəli, öz inkişafı prosesində ən məhsuldar dövr kimi xarakterizə edirlər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər Nemətovun fəaliyyəti isə xüsusi vurğulanır. Həm də bacarıqlı pedaqoq, mahir təşkilatçı olan Zəfər Nemətov baş rejissor olduğu uzun illər ərzində Əminə Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva, Sona Babayeva, Həsən Əbluc, Viktor Semerenko, İvetta Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova və başqa peşəkar aktyor və rejissorlar yetişdirdi.
Sonrakı illərdə estafeti aktyorlar Tariyel Qasımov, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz Mustafayeva, Sona Babayeva, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Ədalət Məmmədov, Rauf Qəniyev, Konstantin Artyomov, Zoya Xarçenko, rejissorlar Azər Nemətov, Müharib Tağıyev, rəssam Elçin Məmmədov və başqa istedadlılar qəbul etdilər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə, 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı laureatı adına, 1979-cu ildə "Şərəf nişanı" ordeninə layiq görüldü.
1989-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tamaşaçılarını yeni - indiki binada qarşıladı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən, Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən, Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Həmin ilin aprelində əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilən binada fəaliyyətini davam etdirdi.
Doxsan beş ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz yolunu uğurla davam etdirərək milli mədəniyyətimizin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm rol oynayır. Teatrın səhnəsində Azərbaycan, rus və dünya klassiklərinin inciləri hesab edilən əsərlər uğurla tamaşaya qoyulur. Bu illər ərzində teatrda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Şeyx Sənan" (H.Cavid), "Aydın" (C.Cabbarlı), "Albalı bağı" (A.P.Çexov), "Otello" (U.Şekspir), "Ezop" (G.Fiqeyredo), "Hekayəti xırs quldurbasan" (M.F.Axundov), "Viktoriya" (K.Hamsun), "İfritin kələyi" (Y.Şvarts), "Ələddinin sehirli çırağı" (Ərəb xalq nağılı), "Şelkunçik" E.T.A.Hofman), "Don Kixot" (M.Servantes), "Tanrıya 14 məktub" (E.E.Şmidt), "Oqtay Eloğlu" (C.Cabbarlı), "Dəli yığıncağı" (C.Məmmədquluzadə) və onlarca başqa tamaşalar teatrsevərlərə təqdim edilib.
Teatrın yaradıcı kollektivi həm də dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, beynəlxalq teatr festivallarında fəal iştirak edərək vətənə diplomlar, mükafatlar və yeni yaradıcılıq təklifləri ilə qayıdıb.

Z.FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!