30 Sentyabr 2025 08:50
14238
Oxucu məktubları
A- A+
Şəhid oğlumun xatirəsi əziz tutulur

Şəhid oğlumun xatirəsi əziz tutulur


Oğlum İlham Şəmsiyev  Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi.  O, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid oldu. 

Onun nəşi Qazaxın Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn edildi. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olundu. 

İndi həmin vaxtdan iki il keçir. Ancaq rayon rəhbərliyi heç vaxt bizi unutmur. Tez-tez evimizə gələrək problemlərimizlə maraqlanır. Rayonumuzda şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər görülür. Bu yaxınlarda Qazax şəhərində adsız küçələrdən birinə oğlumun adı verildi. Həyata keçirilən bütün bu işlər söz yox ki, oğlumu bizə unutdurmasa da, göstərilən diqqəti onun xatirəsinə ehtiram kimi dəyərləndirirəm. 

Bu günlər ölkəmizdə Anım Günü ilə bağlı tədbirlər keçirilir. Tədbirlərdə şəhidlər ehtiramla yad edilir. Biz də unudulmadıq. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayon ağsaqqalları bizə gələrək oğlumu bir daha yad etdilər. Söz yox ki, bu diqqət və qayğı bizdə məmnunluq yaratdı. 


Zülfiyyə ŞƏMSİYEVA, 

Qazax rayon  Yuxarı Salahlı kəndinin sakini, şəhid anası 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir  

18:17
03 Avqust

Türk media nümayəndələri Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət ediblər 

18:10
03 Avqust

Şəkidə yaradıcı uşaq və yeniyetmələrin “Yay məktəbi” başlayıb  

18:03
03 Avqust

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar  

17:56
03 Avqust

Səudiyyə Ərəbistanı limanlarında neft tankerlərinin fəaliyyəti bərpa olunur  

17:49
03 Avqust

ANAMA: Ötən ay 788 mina və 2106 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

17:42
03 Avqust

Gələn il Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələrə başlanılacaq 

17:35
03 Avqust

Ruslan Saralinov: Azərbaycan Cənubi Qafqazda Qırğızıstanın əsas tərəfdaşlarından biridir  

17:28
03 Avqust

Qırğız politoloq: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir

17:21
03 Avqust

Türk ekspert: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanı daha da gücləndirəcək

17:14
03 Avqust

Zülalı azaltmaq qocalmanı ləngidə bilər

17:07
03 Avqust

Nənə və babalar uşaqların psixi sağlamlığı üçün niyə vacibdirlər?

17:00
03 Avqust

Qlobal istiləşmə sürətlənir

16:53
03 Avqust

Plastik tullantılardan təmiz hidrogen yanacağı alınacaq

16:45
03 Avqust

Muzey, teatr və kinoya getmək orqanizmi gənc saxlayır

16:38
03 Avqust

Maliyyə yardımlarının kəsilməsi səhiyyə xidmətində böhranı dərinləşdirir

16:31
03 Avqust

Böyük Britaniyada yaşayış xərclərini azaltmaq üçün yeni tədbirlər görülür

16:24
03 Avqust

Süni intellekt alətləri hələ ki çox pul qazandırmır

16:17
03 Avqust

Dünya birjalarında son vəziyyət nədən xəbər verir

16:10
03 Avqust

Avropanın qaz anbarlarında qıtlıq var

16:03
03 Avqust

Qırğız politoloq: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir

15:56
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!