27 Oktyabr 2026 08:55
239
Oxucu məktubları
A- A+
Vətən Mətləb üçün ana qədər müqəddəs idi

Vətən Mətləb üçün ana qədər müqəddəs idi


44 günlük haqq savaşımızda Vətənin müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən qəhrəmanlardan biri də 19 noyabr 1977-ci ildə Sabirabadın Nərimankənd kəndində dünyaya göz açan Mətləb Məhəmməd oğlu Cəfərovdur. 

Yurd sevgisi ilə boya-başa çatan polad biləkli igid 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər döyüşüb, 43 yaşında adını tarixə yazıb. Şərəfli ölümü ilə milyonların ürəyində özünə abidə ucaldan şəhid Mətləb Cəfərovun ömür yolunu Azərbaycan xalqı  örnək saymaqla onunla qürur duyur. O, ucaldığı əlçatmaz, ünyetməz göylərin parlaq ulduz kimi yolumuza işıq saçmaqla bərabər, həm də deyir: "Vətən torpağı namusdur, onu qorumalı, sevməli, eləcə məqamı gələndə onun yolunda ölməyi bacarmaq lazımdır".

Mətləb Cəfərov 9-cu sinfə qədər kənd məktəbinə gedib.  İki il isə Bakıda liseydə təhsil alıb, universitet bitirib. Sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurub baş leytenant rütbəsində ehtiyata buraxılıb. 

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mətləb Cəfərov da cəbhəyə yollanıb. Ən qaynar  nöqtələrdə döyüşməklə düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşdə qəhrəmanlıq nümayiş etdirib. Təəssüf ki, baş leytenant  Mətləb  Cəfərov noyabr ayının 2-də Qubadlıda düşmən gülləsinə tuş gəlib. Ağır yaralanıb, 18 gün komada qalıb. Həkimlərin bütün səylərinə baxmayaraq,  noyabrın 20-də - doğum günündən bir gün sonra şəhidlik zirvəsinə ucalıb. 

Vətənpərvərliyin ən ali məqamına yetişib ölümsüzlüyə qovuşan Mətləb Cəfərov "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.


Zəfər  ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!