20 Sentyabr 2023 00:27
11566
MSK
A- A+

Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 


Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 29.1-ci və 29.5-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qanunvericiliklə müəyyən edilmiş qaydada seçki dairələri üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılmasını təmin edir, bu məqsədlə ardıcıl və sistemli tədbirlər görür, mütəmadi olaraq seçki dairələrinin sxemi və onun qrafik təsvirini nəzərdən keçirir, qanunvericiliyin tələblərini rəhbər tutaraq lazımi addımlar atır.

Seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin 29.1-ci və 29.3-cü maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Bununla əlaqədar Seçki Məcəlləsinin 29.3-cü, 29.4-cü, 29.7-ci və 46-cı maddələrinin tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya da qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd olunanlara əsasən, Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 46-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin və dairələrin siyahısı dərc olunsun.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

 

19.09.2023

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video