№ 406
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1350 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına” sözləri “qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə” sözləri ilə əvəz edilsin.
2. Preambulada “Xalq qəzeti”, “Respublika” sözləri “Xalq” sözü ilə əvəz edilsin.
3. 1-ci hissədə “, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyaları” sözləri “qəzeti redaksiyası, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
4. Həmin Qərara əlavə – “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması” aşağıdakı redaksiyada verilsin:
Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması
Qəzet redaksiyaları | Qəzetlərin illik tirajı (nüsxə ilə) | Hər bir nüsxənin həcmi (səhifə ilə) | Qəzet kağızına illik tələbat (tonla) |
“Azərbaycan” | 2100 min | 10 | 148 |
“Xalq” qəzetinin redaksiyası” MMC | 1700 min | 10 | 123 |
“Bakinski raboçi” qəzetinin redaksiyası” MMC | 166 min | 10 | 12 |
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ dekabr ” 2025-ci il