19 Dekabr 2025 21:04
170
SİYASƏT
A- A+
Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır


“Avropa Parlamentinin dekabrın 18-də Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. Yalan və böhtandan ibarət olan bu “sənəd” ölkəmizin inkişafını istəməyən qüvvələrin sifarişi nəticəsində ortaya çıxıb”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki,  Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur. Bu fakt bir daha təşkilatın korrupsiyaya qurşanmasının göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyev təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da bunun bariz nümunəsidir.

Digər tərəfdən, təşkilat bu mövqeyi ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir. Hazırda bölgədə sabitlik hökm  sürür, tərəflər 8 avqust Vaşinqton razılaşmasına uyğun olaraq etimad quruculuğu yönündə addımlar atır. Avropa Parlamenti isə öz mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.

Samir Vəliyev qeyd edib ki, təşkilatın qəbul etdiyi qətnamənin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinin əsasını təşkil edir.

“Artıq Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı qəbul edərək öz mövqeyini ifadə edib. Təşkilatın qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda  Avropa Parlamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”-deyə deputat vurğulayıb.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!