16 İyun 2026 12:43
143
CƏMİYYƏT
A- A+
Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib  

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib  


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi, istehlakçılar və sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu silsilədən olan növbəti görüş Şamaxı şəhərində agentlik və onun 4 saylı regional bölməsinin təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-ə yaxın sahibkarlıq subyekti nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə agentliyin sədrinin birinci müavini Cəfər Babayev və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı açılış nitqi ilə çıxış ediblər.

Bazar iştirakçıları arasında bərabər şərtlərə əsaslanan biznes münasibətlərinin təşviqi, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində agentliyin və yerli struktur bölmələrin fəaliyyətindən bəhs edilib, birgə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Daha sonra agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara riayət olunmasının əhəmiyyəti, istehlakçı hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, agentliyin istehlak bazarında nəzarət sahələri, eləcə də reklam qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər barədə məlumat verilib. Həmçinin agentlik tərəfindən müvafiq sahələrdə həyata keçirilən geniş maarifləndirmə fəaliyyəti, eləcə də mövcud problemlərin həlli istiqamətində görülən işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara fəaliyyətlərinin mövcud normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması, eləcə də reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp və Zelenski Parisdə görüşüblər

15:18
16 İyun

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  

15:17
16 İyun

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

15:09
16 İyun

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib  

15:01
16 İyun

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

14:56
16 İyun

Tunisin baş məşqçisi işdən çıxarıldı  

14:43
16 İyun

Azərbaycan və Monqolustan arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlıq genişlənir

14:42
16 İyun

 Orxan Məmmədov: “Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır”

14:38
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 

14:36
16 İyun

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

14:35
16 İyun

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

14:34
16 İyun

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

14:34
16 İyun

Serbiya Gürcüstanda səfirlik açacaq

14:28
16 İyun

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  

14:26
16 İyun

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

14:17
16 İyun

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub  

14:15
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 

14:13
16 İyun

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 

14:09
16 İyun

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir  

14:01
16 İyun

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

13:58
16 İyun

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir  

13:49
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!