21 Oktyabr 2026 10:00
221
CƏMİYYƏT
A- A+
"Şair" igid döyüşçü idi

"Şair" igid döyüşçü idi


Gələcəklə bağlı arzuları bitib-tükənməz idi. Gənc idi. Anası, bacıları onun toyunu gözləyirdilər. Onların yeganə ümidiydi. 1991-ci il oktyabrın 17-də Qubanın Qonaqkənd qəsəbəsində dünyaya gələn Orxan Ömərov ailənin tək oğlu, iki bacının bircə qardaşı idi. Uşaqlıqdan ağlı, mərifəti, mehribanlığı ilə seçilirdi.

Orxan gələcəyi barədə xəyallar qurmağı çox sevirdi. Həyat onu sınaqlara çəkəndə də mərd davrandı, sınmadı. Atasını erkən itirdi. Ailənin yükünü çiyinlərinə götürdü. Heç vaxt buna görə gileylənmədi.

Adı anasının, bacılarının and yeri oldu. O da doğmalarına, ən çox da anasına bağlı idi. Bir də dilinin andı Vətən idi. Şair təbiətli idi. Şeirlər yazırdı. Ən böyük ilham mənbəyi də Vətən idi.

Orxan uşaqlıqdan vətənpərvərlik hissi ilə böyümüşdü. Qarabağ və Şərqi Zəngəzur Ermənistan tərəfindən işğal olunanda o, hələ kiçik idi. Ancaq tay-tuşları kimi, Orxan Ömərov da heç vaxt görmədiyi o yerlərin düşmən əsarətində qalmasının nisgilini, təəssübünü çəkərək böyüdü. Ərazilərimizi işğaldan azad edəcək qüdrətli Azərbaycan Ordusunun sıralarında olacağına inanırdı. Elə bu ümidlə, inamla da hərbçi peşəsini seçdi.

Orxan 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçdi. 2013-cü ildən isə Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu oldu.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Daxili Qoşunların çavuşu olan Orxan Ömərov da Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə döyüşlərə atıldı.

Vətən müharibəsinin hər günü cəbhənin müxtəlif istiqamətlərində aparılan şiddətli döyüşlərlə tarixə yazılırdı. Orxan kimi qəhrəman oğullarımız Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirərək işğal altında qalan torpaqlarımızı azadlığına qovuşdururdular.

Döyüş yoldaşları vaxt tapanda Orxandan şeirlər söyləməsini xahiş edirdilər. Silahdaşları ona ləqəb də vermişdilər - "şair" deyə çağırırdılar.

Orxan Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərdi. O, silahdaşları ilə çiyin-çiyinə böyük Zəfərə doğru irəliləyirdi. Şuşaya qələbə bayrağının sancılmasına az qalmışdı. Lakin əcəl macal vermədi - noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid oldu. Qonaqkənddə dəfn edildi.

Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarının azad olunması, ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şücaət göstərmiş Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Orxan Ömərovun ömür yolu qısa olsa da, Vətənə məhəbbəti, doğmalarına bağlılığı, döyüş meydanında göstərdiyi şücaəti ilə yaddaşlarda əbədi iz qoydu. Şeirlərində Vətənin gözəlliyini, doğma torpağın sevgisini yaşadan "şair" ləqəbli igid çavuş silahı ilə də Vətəninə sədaqətini sübut etdi. O, arzularının bir çoxunu özü ilə apardı, ancaq uğrunda canından keçdiyi torpaqların azadlığı naminə göstərdiyi qəhrəmanlıqla adını Azərbaycanın şanlı Zəfər tarixinə yazdı.

Bu gün Orxanın xatirəsi anasının və bacılarının, onu tanıyanların qəlbində yaşayır. Zaman keçəcək, nəsillər dəyişəcək, ancaq Vətən uğrunda canından keçən igidlərin qəhrəmanlığı unudulmayacaq - qəhrəman "şair" Orxan Ömərov kimi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

Naxçıvan Dövlət Universitetində 1000 yerlik yeni yataqxana tikiləcək

10:20
21 Oktyabr

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir  

09:49
21 Oktyabr

İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq

09:48
21 Oktyabr

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!