21 Oktyabr 2026 09:20
199
İQTİSADİYYAT
A- A+
Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib


Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti daimi elmi seminar təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, icraçı direktor dosent Famil Rüstəmovun sədrliyi ilə keçirilən seminara əməkdaşlarla yanaşı, universitetlərin və elmi-tədqiqat institutlarının tədqiqatçıları, eləcə də sahibkarlar qatılıblar. Seminarda İqtisadiyyat İnstitutunun şöbə müdiri iqtisad elmləri doktoru Yunus Sadıqov "Aqrar klasterlər və regional inkişaf: Azərbaycan üçün yeni model" mövzusunda təqdimatla çıxış edib. Məruzədə Azərbaycanda kənd təsərrüfatının müasir vəziyyəti təhlil olunub, aqrar sahənin inkişafına mane olan bir sıra problemlərə, xüsusilə böyük potensiala malik kənd təsərrüfatı xammalının dəyər zənciri əsasında emal olunaraq hazır məhsula çevrilməsi prosesindəki çatışmazlıqlara diqqət yetirilib. Qeyd olunub ki, mövcud istehsal potensialının daha yüksək iqtisadi gəlirə çevrilməsi üçün fermer təsərrüfatları, emal müəssisələri, saxlama infrastrukturu və bazarlar arasında davamlı əlaqələrin qurulması vacibdir. Bu baxımdan müstəqil təsərrüfatların regional dəyər zəncirlərində birləşdirilməsi aqrar klasterləşmənin əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. Yunus Sadıqov regional klasterləşməyə mərhələli keçid modelini təqdim edərək regionları üç qrupa ayırıb. Birinci qrupa hazır xammal bazası və ilkin emal imkanları olan regionlar, ikinci qrupa aqrar potensialı mövcud olsa da, əlavə koordinasiya və infrastruktur tələb edən regionlar, üçüncü qrupa isə bərpa və tamamlayıcı xidmətlərin inkişafına ehtiyac duyulan Qarabağ və Şərqi Zəngəzur əraziləri daxil edilib.

Təqdimatda regional ixtisaslaşma əsasında Quba-Xaçmaz meyvəçilik klasterinin, Şəki-Zaqatala fındıq klasterinin, Astara çay və sitrus meyvələri klasterinin və digər regional aqrar klasterlərin yaradılması təklif olunub. Bununla yanaşı, klasterlərin təşkilati modeli, regional ixtisaslaşma istiqamətləri, mərhələli klasterləşmə xəritəsi və əlaqələndirici idarəetmə mexanizmi Azərbaycan şəraitinə uyğun vahid çərçivədə təqdim edilib.

Məruzəçi aqrar klasterlərin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması üçün əsas fəaliyyət istiqamətlərini də diqqətə çatdırıb. Vurğulanıb ki, klasterləşmə prosesində istehsalçılar, emal müəssisələri, logistika və saxlama infrastrukturu, eləcə də satış bazarları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Y.Sadıqov əsas nəticə olaraq qeyd edib ki, aqrar klasterləşmə regionların əsasən xammal istehsal edən ərazilərdən emal, logistika və bazar əlaqələri vasitəsilə yüksək əlavə dəyər yaradan aqrar-sənaye məkanlarına çevrilməsinə xidmət etməlidir. Bu modelin tətbiqi regional iqtisadi ixtisaslaşmanın gücləndirilməsinə, yerli istehsalın rəqabət qabiliyyətinin artırılmasına və regionların sosial-iqtisadi inkişafına töhfə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir  

09:49
21 Oktyabr

İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq

09:48
21 Oktyabr

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

Müharibə cinayətlərinə hüquqi yanaşma siyasi pərəstişdən üstün olmalıdır

08:30
21 Oktyabr

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

08:20
21 Oktyabr

Trans-Xəzər altılığı

08:10
21 Oktyabr

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

08:00
21 Oktyabr

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!