20 Oktyabr 2026 16:49
169
CƏMİYYƏT
A- A+
Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  


Ömürboyu öyrənmə, gələcəyin peşələri və süni intellekt dövründə düzgün qərarvermə Şabranda keçirilən 8-ci “DİM Dialoqu” təşəbbüsünün əsas müzakirə mövzuları olub. İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şabran rayonunda 8-ci “DİM Dialoqu” təşəbbüsü çərçivəsində xüsusi sessiya təşkil edilib.

İqtisadiyyat Nazirliyinin  məlumatına görə, “DİM 4: Ömürboyu öyrənmə, hər kəs üçün imkanlar, gələcək üçün bacarıqlar” mövzusuna həsr edilən tədbirdə müasir dövrdə bilik və bacarıqların davamlı inkişafının əhəmiyyəti, keyfiyyətli təhsilin dayanıqlı inkişafa töhfəsi və gələcəyin çağırışlarına hazırlıq məsələləri  nəzərdən keçirilib. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədi — keyfiyyətli təhsillə əlaqələndirilən sessiyada öyrənmənin yalnız müəyyən yaş dövrü və ya təhsil mərhələsi ilə məhdudlaşmadığı, dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq üçün bilik və bacarıqların mütəmadi yenilənməsinin vacibliyi vurğulanıb.

Tədbir zamanı inkişafın idarə olunmasında strateji yanaşma, dövlət siyasətinin məqsədyönlü planlaşdırılması və nəticəyönümlü idarəetmənin rolu müzakirə edilib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması baxımından qurumlararası koordinasiyanın, səmərəli qərarvermənin və institusional potensialın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, 2030-cu ildən sonrakı inkişaf gündəliyinin formalaşdırılması prosesində qlobal çağırışlara çevik uyğunlaşma, inklüziv inkişaf və uzunmüddətli dayanıqlılıq prioritet istiqamətlər sırasında yer alacaq.

Sessiyada, həmçinin inkişafyönümlü düşüncə tərzi, gələcəyin peşələri və süni intellekt dövründə məlumatlara əsaslanan qərarvermə mövzularında çıxışlar dinlənilib. Bu istiqamətlər üzrə müzakirələr texnoloji dəyişikliklər fonunda yeni bacarıqların mənimsənilməsinin və analitik düşüncənin inkişaf etdirilməsinin aktuallığını ön plana çıxarıb.

Tədbirin praktiki hissəsində iştirakçılar komanda tapşırıqları və qrup işlərinə cəlb olunublar. Bu fəaliyyətlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və komanda ruhunun gücləndirilməsinə diqqət yetirilib.

“DİM Dialoqu” çərçivəsində keçirilən sessiya ömürboyu öyrənmə mədəniyyətinin təşviqi, müasir bacarıqların inkişafı və gələcəyin çağırışlarına hazırlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Züleyxa ƏLİYEVA, 

 “Azərbaycan”




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!