31 İyul 2026 21:10
171
SİYASƏT
A- A+
Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir

Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir


Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə nitq söyləyən S.Qafarova müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunu. Deyib ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Bildirilib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.

Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən Milli Məclisin sədri müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün, ilk növbədə, Azərbaycan parlamentini, eyni zamanda, sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.

O, həmçinin mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqət çəkib. Təşkilatın, eyni zamanda, “Afrika Gündəliyi–2063”də təsbit olunmuş məqsədlərə – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət etdiyini vurğulayan S.Qafarova Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayıb. Deyib ki, ölkəmiz Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.

Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır.

Çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişaf perspektivlərinə də toxunan Milli Məclisin sədri müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.

Sahibə Qafarova bildirib ki, PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da gücləndirmək imkanı əldə edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ başlayır

22:06
31 İyul

Assol Moldokmatova: Qarabağda gələcəyin necə yaradıldığını gördüm 

21:59
31 İyul

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir

21:52
31 İyul

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

21:45
31 İyul

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

21:38
31 İyul

Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır

21:31
31 İyul

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb 

21:24
31 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

21:17
31 İyul

Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir

21:10
31 İyul

“Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlər yekunlaşıb  

21:03
31 İyul

Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

20:56
31 İyul

“Azərbaycan dilinin qorunması və inkişafı məsələləri”: Milli Kitabxanada dəyirmi masa 

20:49
31 İyul

Ağdam Sənaye Parkında istehsal və ixrac imkanları genişlənir

20:42
31 İyul

Xəzərin Azərbaycana mənsub bölməsində 711,4 kvadratkilometr sahə bərpaolunan enerji mənbələrinin ərazisi müəyyənləşdirilib

20:35
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir

20:28
31 İyul

ADMİU-da süni intellekt laboratoriyası yaradılacaq, müəllimlərin rəqəmsal bacarıqları inkişaf etdiriləcək

20:21
31 İyul

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

20:14
31 İyul

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 5 dəfəyədək artıb  

20:07
31 İyul

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!