31 İyul 2026 20:56
153
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır


Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji baxımdan yaxınlaşması prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti müasir beynəlxalq hüquq müstəvisində keyfiyyətcə yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Qırğız Respublikasına həyata keçirilən dövlət səfərinin normativ-hüquqi, iqtisadi-maliyyə və geonəqliyyat aspektlərindən təhlili göstərir ki, dövlətimizin başçısının şəxsi diplomatik təşəbbüsləri ikitərəfli münasibətləri klassik tərəfdaşlıq çərçivəsindən çıxararaq qarşılıqlı strateji əlaqələrə, etimada və öhdəliklərə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəldib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, səfərin hüquqi-siyasi əsasını təşkil edən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq tərəflərin suveren bərabərliyi, ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət prinsiplərini özündə əks etdirir. Prezident İlham Əliyevin hüquqi-siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olan bu sənəd iki ölkənin xarici siyasət və təhlükəsizlik paradiqmalarının unifikasiyasını normativ akt səviyyəsinə qaldırır.

“Geoiqtisadi və maliyyə-investisiya inteqrasiyasında Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər kapitalın multiplikativ effektivliyini artırmaqla yanaşı, regionlararası makroiqtisadi sabitliyin təminatçısı rolunu oynayır. Bu prosesin davamı olaraq Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması haqqında beynəlxalq-hüquqi razılaşma isə ikitərəfli əlaqələrə töhfə olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqaz hüdudlarını aşaraq Mərkəzi Asiyada institusional sərmayəçi və maliyyə donoruna çevrilməsinin göstəricisidir”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hüquqi, tarif və infrastruktur baxımından daha səmərəli fəaliyyətini təmin edən Beynəlxalq Avtomobil Əlaqələri haqqında Saziş və dəniz yükdaşımalarına dair memorandumlar Prezident İlham Əliyevin geostrateji baxışının Avrasiyanın nəqliyyat və logistika xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Bu sənədlər, eyni zamanda nəqliyyat əlaqələrinin genişlənməsinə, yükdaşımaların asanlaşmasına və regionda enerji və nəqliyyat təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Məhz buna görə də energetika sahəsində 2026-2028-ci illəri əhatə edən Yol Xəritəsi və karbohidrogen resurslarının tədarükünə dair imzalanan sənədlər Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir.

“Azərbaycanın birbaşa investisiyası hesabına İssık-Kul sahilində inşa edilən "Baku Resort & Spa" mehmanxana kompleksi, həmçinin Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş şəhərləri arasında imzalanan qardaşlaşma memorandumları Prezident İlham Əliyevin iqtisadi, humanitar və mədəni əməkdaşlığa əsaslanan siyasətinin növbəti uğurlu nümunələridir. Eyni zamanda, Qırğızıstan tərəfindən Ağdam rayonunda Manas adına məktəbin istifadəyə verilməsi işğaldan azad olunmuş ərazilərin bərpasına verilən siyasi və mənəvi dəstəyin, eləcə də iki ölkə arasında dostluq münasibətlərinin daha bir göstəricisidir. Göründüyü kimi, Çolpon-Ata Bəyannaməsində əksini tapan və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri mexanizminə qoşulmasını nəzərdə tutan "Mərkəzi Asiya və Azərbaycan Dövlət Liderlərinin Formatı" regionlar arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırır. Bu təşəbbüs Prezident İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasətin nəticəsi olmaqla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə, Türk dünyasının beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsinə və regional əməkdaşlığın güclənməsinə xidmət edir”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir

21:52
31 İyul

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

21:45
31 İyul

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

21:38
31 İyul

Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır

21:31
31 İyul

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb 

21:24
31 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

21:17
31 İyul

Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir

21:10
31 İyul

“Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlər yekunlaşıb  

21:03
31 İyul

Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

20:56
31 İyul

“Azərbaycan dilinin qorunması və inkişafı məsələləri”: Milli Kitabxanada dəyirmi masa 

20:49
31 İyul

Ağdam Sənaye Parkında istehsal və ixrac imkanları genişlənir

20:42
31 İyul

Xəzərin Azərbaycana mənsub bölməsində 711,4 kvadratkilometr sahə bərpaolunan enerji mənbələrinin ərazisi müəyyənləşdirilib

20:35
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir

20:28
31 İyul

ADMİU-da süni intellekt laboratoriyası yaradılacaq, müəllimlərin rəqəmsal bacarıqları inkişaf etdiriləcək

20:21
31 İyul

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

20:14
31 İyul

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 5 dəfəyədək artıb  

20:07
31 İyul

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

19:39
31 İyul

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

19:32
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!