31 İyul 2026 20:28
191
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir


Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Yeni dünya nizamının formalaşdığı şəraitdə Türk Dövlətləri Təşkilatı daxilində birliyin möhkəmləndirilməsi qarşılıqlı səfərlər, imzalanan sənədlər və müntəzəm Zirvə görüşləri ilə real məzmun qazanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən qeyri-rəsmi Zirvə görüşləri də bu prosesə mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

“Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarovla qarşılıqlı etimada əsaslanan münasibətləri əməkdaşlığa güclü dinamika qazandırıb. Son beş ildə 13 yüksəksəviyyəli qarşılıqlı səfərin həyata keçirilməsi bunun bariz göstəricisidir”, - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident Sadır Japarovla təkbətək görüş, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası və mətbuata bəyanatlar münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Sadır Japarov siyasi dialoqun ən yüksək səviyyədə olduğunu, qarşılıqlı etimadın müttəfiqlik münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev isə müttəfiqliyin böyük məsuliyyət olduğunu bildirərək, beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini qeyd etdi. Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitinin 200 milyon dollara çatdırılması barədə əldə olunan razılıq isə əməkdaşlığın iqtisadi məzmununu daha da gücləndirən mühüm addım oldu.

Hər bir səfərin əhəmiyyətini müəyyənləşdirən əsas məqamlardan birinin imzalanan sənədlər olduğunu vurğulayan V.Rəhimzadə bildirib ki, indiyədək Azərbaycan və Qırğızıstan arasında 105 sənəd imzalanıb. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində imzalanan 14 sənəd arasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” və Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı xüsusi əhəmiyyət daşıyır. Müttəfiqlik haqqında Müqavilə iki ölkə arasında siyasi etimadı və strateji tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Qırğızıstanla imzalanan bu sənəd Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bağladığı üçüncü müttəfiqlik sənədidir. Bundan əvvəl Qazaxıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri, həmçinin Türkmənistan və Tacikistanla strateji tərəfdaşlıq bəyannamələri Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu gün Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsini aşaraq çoxşaxəli regional əməkdaşlıq modelinə çevrilir.

“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Dərin tarixi və mədəni köklərə söykənən əlaqələr artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib, siyasi əməkdaşlıq iqtisadi əlaqələrin də sürətlə genişlənməsi ilə müşayiət olunur. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz, həmçinin Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Mərkəzi Asiyanın Qərb bazarlarına çıxışında əsas tranzit mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu imkanları daha da genişləndirəcək. Səfər çərçivəsində Çolpon-Atada keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü ölkəmizin regionla uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti təsdiqi oldu. Görüşün yekununda qəbul edilən Çolpon-Ata Bəyannaməsi isə siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilir”, - deyə o diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır

21:31
31 İyul

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb 

21:24
31 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

21:17
31 İyul

Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir

21:10
31 İyul

“Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlər yekunlaşıb  

21:03
31 İyul

Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

20:56
31 İyul

“Azərbaycan dilinin qorunması və inkişafı məsələləri”: Milli Kitabxanada dəyirmi masa 

20:49
31 İyul

Ağdam Sənaye Parkında istehsal və ixrac imkanları genişlənir

20:42
31 İyul

Xəzərin Azərbaycana mənsub bölməsində 711,4 kvadratkilometr sahə bərpaolunan enerji mənbələrinin ərazisi müəyyənləşdirilib

20:35
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir

20:28
31 İyul

ADMİU-da süni intellekt laboratoriyası yaradılacaq, müəllimlərin rəqəmsal bacarıqları inkişaf etdiriləcək

20:21
31 İyul

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

20:14
31 İyul

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 5 dəfəyədək artıb  

20:07
31 İyul

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

19:39
31 İyul

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

19:32
31 İyul

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir

19:25
31 İyul

DİM sədri: Magistraturaya qəbul zamanı bəzi proqramlarda yüzlərlə vakant yer qalıb

19:18
31 İyul

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 

19:14
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!