13 Noyabr 2025 09:15
1731
Mədəniyyət
A- A+
Şabranda keçirilən bilik yarışmasının iştirakçıları müəllimlər olublar

Şabranda keçirilən bilik yarışmasının iştirakçıları müəllimlər olublar


"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Şabran Bələdiyyəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin birgə təşkilatçılığı ilə Şabran rayon Mədəniyyət Sarayında "Unudulmayan Mədəni İrsimiz və Qorunan Gələcəyimiz" adlı bilik yarışı təşkil olunub. 

Şabran şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən və yüksək marağa səbəb olan tədbirin məqsədi Azərbaycanın Zəfər tarixini, Vətən müharibəsində qazanılan qəhrəmanlıq ənənələrini, mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi ideyasını müəllimlər arasında təbliğ etmək, həmrəylik və bilik mübarizəsi mühitini formalaşdırmaq idi.

Tədbirin açılış mərasimində çıxış edən "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva qeyd edib ki, Zəfər Günü xalqımızın milli birlik, qəhrəmanlıq və mübarizə ruhunun simvoludur: "Tariximizin qızıl səhifəsi olan 44 günlük müharibə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu cür bilik yarışlarının gənc nəslin və müəllimlərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq". 

Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin sədri Seymur Qədəşov  tədbirin əhəmiyyətindən, Azərbaycan xalqının böyük Zəfərinin hər bir vətəndaşın yaddaşında əbədi yaşayacağından söz açıblar. 

Bilik yarışında Şabran şəhərinin 5 ümumtəhsil məktəbini təmsil edən müəllim komandaları iştirak ediblər. Komandalar Azərbaycan tarixi, mədəniyyəti, Zəfər Günü və Qarabağ mövzuları üzrə hazırlanan suallara cavab verərək bilik və məntiq bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca iştirakçılar həm məlumatlılıq, həm çeviklik, həm də komandada işləmək bacarığı ilə fərqləniblər. 

Müxtəlif qurumları təmsil edən münsiflər heyəti komandaların cavablarını obyektiv şəkildə qiymətləndirib və hər mərhələdə bilik, dəqiqlik və kreativ yanaşma meyarlarını əsas götürüb. 

Yarışın fasiləsində müəllimlər və qonaqlar üçün vətənpərvərlik ruhunda musiqilər ifa olunub və  "Qarabağ", "Vətən marşı", "Cənab leytenant" və digər vətənpərvərlik ruhunda mahnılar ifa edilib. 

Gərgin və həyəcanlı anlarla yadda qalan yarışın nəticələrinə əsasən,  Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəb 1-ci, Tofiq Abbasov adına 1 nömrəli və Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəblər isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Qalib komandalar fəxri fərman və xüsusi hədiyyələrlə təltif olunublar.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!