17 Mart 2026 09:10
131
İQTİSADİYYAT
A- A+
Suya həyat deyiriksə, onun qədrini bilməliyik

Suya həyat deyiriksə, onun qədrini bilməliyik


Kürün Xəzərə qovuşduğu Neftçalada bu əvəzsiz nemətə məhz belə münasibət var


Su yaranışın dörd ünsüründən biridir. O, həyatdır, bolluqdur, təmizlikdir, aydınlıqdır. Su ulu Tanrının bəşəriyyətə bəxş etdiyi əvəzsiz bir nemətdir. Təəssüflər olsun ki, qlobal istiləşmə, ekoloji tarazlığın pozulması, iqlim anomaliyaları dünyanı çənginə almışdır. Planetin bir tərəfini daşqınlar, digər tərəfini quraqlıq hədələməkdədir. Bir ərazi sel sularının altında məhv olur, digər ərazilər bir damla yağışa həsrət qalır. 

Azərbaycan da su sarıdan bəxtəvər ölkə deyil. 2010-cu illərin ortalarından, xüsusilə 2017-2020-ci illər aralığındakı iqlim dəyişikliyi, o cümlədən yağıntıların azalması Kür çayının səviyyəsinin kəskin aşağı enməsi ilə nəticələndi. 2020-ci ildə Kür suyunun hətta Xəzərə çata bilməməsi, əksinə, Xəzərdən duzlu suyun Kürə daxil olması Neftçala rayonunda su böhranı yaratdı. Əhali həm içməli, həm də suvarma suyuna həsrət qaldı.  O zaman Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə məsələ həllini tapdı. "Su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2020 - 2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq, qısa müddət ərzində böhranlı vəziyyət aradan qaldırıldı, Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə mükəmməl su xətti çəkildi, habelə Neftçala şəhərində kanalizasiya sistemi yenidən quruldu, suvarma suyu ilə əlaqədar kanallarda yenidənqurma işləri aparıldı, su itkisinin qarşısını almaq üçün tədbirlər həyata keçirildi. 

Lakin Kür çayında bu gün də suyun səviyyəsi aşağıdır, əvvəlki Kürdən əsər-əlamət yoxdur. Bir vaxtlar coşub-daşıb kürlük edən çay demək olar gözlərimiz qarşısında quruyur. Çox yox, 15-20 il əvvəl bəndə-bərəyə sığmayan, ipə-sapa yatmayan, özünə "dəli" ləqəbi qazanan çay indi ensiz bir kanal halına düşərək illərin yorğunu kimi zorla sürünə-sürünə axır. Xəzər dənizi də sanki insanların əməlindən  incimiş kimi geri çəkilir, yerində qumsal sahillər qoyur.  

Amma nə pis ki, bu cür problem dünyanın hər yerində meydan sulayır. Dövlətlər gələn fəlakəti sovuşdurmaq, daha az ziyan çəkmək üçün qabaqlayıcı tədbirlər görürlər. Ölkəmizdə də bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması məqsədilə Salyanın Xıdırlı kəndində xüsusi stansiya qurulub. Həmin qurğu vasitəsilə Ələtdən cənub və qərb istiqamətinə şose yollarının kənarlarına əkilmiş müxtəlif növ ağaclar, meşə zolaqları suvarılır, özü də damcı üsulu ilə. Artıq səmərəsi də var.  Əvvəllər yolçunu yoran boz ərazilər getdikcə yaşıllığa bürünür. Deyirlər, gələcəkdə dəniz suyunun tam duzsuzlaşdırılaraq içməli su kimi istifadə edilməsi də mümkün olacaq - nə yaxşı...  

Məlum olduğu kimi, əsas çaylarımız - Kür və Araz mənbələrini qonşu ölkələrdən götürür. Nəzərə alsaq ki, son illər həmin ölkələrə qış ayları yağıntılar, xüsusilə qar az düşür, onda problemin səbəbi və ciddiliyi aydınlaşır. Bu yerdə işğaldan azad olunmuş torpaqlarımızdakı daxili su mənbələrimiz müəyyən qədər əlimizdən tutur. Üstəlik, ölkəmizdə yaranmış və gələcəkdə bundan da betər yarana biləcək su qıtlığının aradan qaldırıla bilməsi üçün ardıcıl tədbirlər görülür. Su ilə məşğul olan qurumların - "Meliorasiya və Su Təsərrüfatı" ilə "Azərsu" səhmdar cəmiyyətlərinin birləşdirilməsi sahəyə nəzarəti gücləndirmiş, kadrların məsuliyyətini daha da artırmışdır. 

Yeni yaradılmış qurumun Neftçalada fəaliyyət göstərən idarəsinin timsalında bunu aydın görmək olur. Neftçala rayon Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (SMSİİ) rəisi Təbriz Eyyubov kollektivin yeni idarəçilik sisteminə keçməsi ilə bağlı danışarkən dedi ki, hazırda onlar rayon ərazisində 38 min 158 hektar əkin sahəsinin suvarılması, 8 min 985 abonentin içməli su ilə təchiz edilməsi, habelə 2 min 139 abonentə kanalizasiya xidmətləri göstərilməsi ilə məşğul olurlar. Bu xidmətlərin həyata keçirilməsi üçün əkin sahələrinin optimal müddətdə və keyfiyyətlə suvarılması üzrə 46, içməli su üzrə 7, kanalizasiya xidmətləri üzrə 6 nasos stansiyası mövcuddur. Bunlarla yanaşı, eyni istiqamətlər üzrə 1026 kilometr su kanalından, onların üzərində yerləşən 1394 hidrotexniki qurğudan, 43 sutəmizləyici modul qurğudan, 563 bulaqdan, 156,9 kilometr su şəbəkəsindən və 32,4 kilometr kanalizasiya xəttindən istifadə edilir. Son bir il ərzində 280 kilometrə yaxın suvarma kanalları lildən təmizlənib, 214 kilometrdən çox suvarma kanallarında hamarlama işləri aparılıb. Əhaliyə göstərilən suvarma suyu, içməli su və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün 75 hidrotexniki qurğu, 15 nasos stansiyası binası, 18 elektrik motoru, 31 nosos aqreqatı, 965 poqonmetr içməli su xətti, 267 poqonmetr kanalizasiya xətti, 5 modul tipli sutəmizləyici qurğu, 13 su bulağı, 85 poqonmetr su bulaqlarının xətti əsaslı və cari təmir edilib. 

Rayon ərazisində 42 kəndi əhatə edən 7 min 985 su istifadəçisinə xidmət göstərən 16 Sudan İstifadə Birliyi (SİB) yaradılmışdır. Keçən il onlara rayon SMSİİ tərəfindən 211 milyon 558 min kubmetr su verilib. Bu qədər su ilə 124 min 274 hektar sahədə suvarma aparılıb. Əkilən 18 min 874 hektar dənli bitkilər 1,6, 9 min 470 hektar pambıq sahəsi (aratla birlikdə) 3,5, 7 min 899 hektar yonca sahəsi 5,8, 1600 hektar həyətyanı sahə 7,7 və digər 315 hektar əkinlər 7 dəfə suvarılıb. İl ərzində SİB-lərə qəbul etdikləri suyun miqdarına görə 105 min 77 manat icra aktı tərtib edilib. Həmin aktların əvəzində və əvvəlki illərdən qalan debitor borclar da nəzərə alınmaqla, ümumilikdə, 122 min 888 manat vəsait toplanıb və su pulu yığımına 100 faiz əməl olunub. 

Keçən il həmçinin rayon SMSİİ tərəfindən əhaliyə 853 min 699 manatlıq içməli su və kanalizasiya xidməti göstərilib. Bu sahədə də plan tam yerinə yetirilib.  

Qeyd edək ki, 2026-cı ildə Neftçalada 7 min 723 hektarda pambıq, 20 min 925 hektarda taxıl, 7 min 723 hektarda yonca və 1976 hektarda digər əkinlərin suvarılması nəzərdə tutulub. Neftçala SMSİİ-nin kollektivi bu işlərin öhdəsindən gəlmək üçün əzmlə çalışır. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

10:35
17 Mart

Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm

10:29
17 Mart

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub  

10:16
17 Mart

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb  

10:09
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!