17 Mart 2026 08:45
125
CƏMİYYƏT
A- A+
AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Təlim mərkəzində İnnovativ laboratoriya fəaliyyətə başlayıb. 

Tədbirdə AHİK, üzv və tabe təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, akademiyanın professor-müəllim və tələbələri, eləcə də rəqəmsal texnologiyalar üzrə mütəxəssislər iştirak ediblər.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Vurğulanıb ki, Təlim mərkəzində yaradılan İnnovativ laboratoriya yüksəkpotensiallı tələbələr və professor-müəllim heyəti üçün yeni imkanlar açacaq. 

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleymanov çıxışında  laboratoriyanın gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, həmçinin startap layihələrinin inkişafına əlavə imkanlar yaradacağını qeyd edib.  

Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, əmək bazarının tələblərinə uyğun kadr hazırlığından söz açıb. 

Tədbir çərçivəsində akademiyanın Təlim mərkəzinin fəaliyyəti və həyata keçirilən layihələr, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat verilib. Vurğulanıb ki, akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunda (IOSH) akkreditasiyadan keçib. 

Tədbirdə tələbələrin startap layihələri təqdim edilib, həmçinin təlim proqramlarında yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, AƏSMA-nın Təlim mərkəzində informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə "Cisco" təlimlərinin təşkili də nəzərdə tutulur.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!