30 Oktyabr 2012 01:10
586
Səfərlər
A- A+
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsü yenidənqurmadan sonra açılmışdır

Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsü yenidənqurmadan sonra açılmışdır

 

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcəkdir.

Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlət başçısına bildirildi ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərkörpü" ASC tərəfindən ötən ilin iyulunda başlanılmışdır. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 238 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınmışdır.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı körpünün üzərindən ətrafı seyr etdi.

Azərbaycan Prezidenti görülmüş işləri yüksək qiymətləndirdi, yeni salınacaq yolların keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

Qeyri-rezidentlər üçün yeni qayda: investisiya mənfəətinin repatriasiyası asanlaşdırılır

17:45
17 İyun

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

17:35
17 İyun

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

17:34
17 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

17:33
17 İyun

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir  

17:32
17 İyun

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

17:30
17 İyun

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

17:14
17 İyun

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq  

17:01
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar  

16:58
17 İyun

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

16:52
17 İyun

UNEC-də ingilis dili imtahanları ilk dəfə British Council tərəfindən APTIS formatında keçirilib: nəticələr açıqlanıb  

16:45
17 İyun

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

16:37
17 İyun

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

16:33
17 İyun

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

16:26
17 İyun

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

16:24
17 İyun

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

16:03
17 İyun

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

15:56
17 İyun

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub  

15:44
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!