07 Avqust 2025 08:25
636
SİYASƏT
A- A+
Rusiyanın irqçi və şovinist siyasəti

Rusiyanın irqçi və şovinist siyasəti


"Son vaxtlar qonşu Rusiyada Azərbaycana qarşı kampaniyanın başlanması təəssüf doğurur. Bu kampaniyanın bir istiqamətini guya ölkəmizdə digər mədəniyyətlərə dözümsüz münasibət bəslənilməsi ilə bağlı aparılan sifarişli təbliğat təşkil edir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, Rusiyada ölkəmizə qarşı aparılan qərəzli kampaniyada dövlət nəzarətində olan mətbuat, yüksəksəviyyəli rəsmilər, parlament təmsilçiləri iştirak edirlər: "Bu günlərdə qeyd olunan qərəzli kampaniyanın tərkib hissəsi olaraq Rusiyanın rəsmi TASS informasiya agenliyinin "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yayması idi. Eyni zamanda  Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair qeyri-obyektiv açıqlama verdi. Ermənipərəst deputat Konstantin Zatulin isə erməniəsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsini "barbarlıq", "dini və tarixi abidələrin dağıdılması" və sairə adlarla təqdim etdi. Əlbəttə ki, bütün bunlar yalan və böhtandan başqa bir şey deyil". 

P.Kərimzadə xatırladıb ki, Azərbaycan tərəfinin rəsmi iradlarından sonra TASS agentliyi yazının sərlövhəsində dəyişikliklər edərək əvvəlcə "Spenakert" sözünü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzləyib. Sonra isə "Qarabağ" sözü işlədib. TASS-ın rəhbər şəxslərindən biri Azərbaycanın dostu olan Mixail Qusmanın vəzifəsindən azad edilməsi də təəssüf doğurur. Bu kimi hallar Rusiyada Azərbaycanofobiyanın artmasını göstəriir.

Deputatın sözlərinə görə, Rusiyanın bəzi parlament üzvlərinin, ekspertlərinin Azərbaycanı nasizmdə ittiham etməsi qəbulolunmazdır. Dövlət Dumasının Təhsil komitəsinin üzvü Anatoli Vassermanın "VFokuse Mail" saytına açıqlaması isə açıq-aşkar təhdiddən ibarətdir: "Dövlət Dumasının üzvü iddia edib ki, Azərbaycan guya yaxın onillikdə qaçılmaz olaraq Rusiyanın tərkibinə daxil olacaq. O, iddia edib ki, məhz Rusiyanın sayəsində Azərbaycan tamhüquqlu dövlətə çevrilib. Guya tarixən Azərbaycan İran və Türkiyənin istəyi ilə bir-biri ilə ziddiyyət təşkil edən çoxlu kiçik və xırda bəyliklərdən ibarət olub. Əlbəttə, rusiyalı deputatın bu sözləri cəfəngiyyatdan başqa bir şey deyil", - deyə o əlavə edib.

Pərvin Kərimzadə vurğulayıb ki, bu, Azərbaycana qarşı irqçi və şovinist yanaşmanın bariz nümunəsidir. Rusiya siyasi dairələrində azərbaycanlılara qarşı qərəzli mövqe illərdir açıq şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının bir sıra deputatları dəfələrlə Azərbaycana qarşı belə böhtan və hədə dolu ifadələr işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı körükləmir, eyni zamanda konkret təhdid hallarına zəmin yaradır. Bu baxımdan, Dumanın üzvü Anatoli Vassermanın və başqalarının hədə-qorxu ritorikası ilə danışmaları yolverilməzdir. "Azərbaycan müstəqil və güclü dövlətdir. Heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz. Dövlətimizin hər bir məsələdə mövqeyi beynəlxalq hüquqa əsaslanır. Ona görə də Rusiyanın siyasi dairələri, media qurumları tərəfindən ölkəmizə qarşı kampaniyaya son qoyulmalıdır", - deyə deputat qeyd edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!