27 Dekabr 2025 09:36
141
SİYASƏT
A- A+
Rusiyalı ekspert: Sülh prosesi şəraitində “907-ci düzəliş”in saxlanmasının əsası yoxdur

Rusiyalı ekspert: Sülh prosesi şəraitində “907-ci düzəliş”in saxlanmasının əsası yoxdur

Rusiyalı ekspert: Sülh prosesi şəraitində “907-ci düzəliş”in saxlanmasının əsası yoxdur

Rusiyalı ekspert: Sülh prosesi şəraitində “907-ci düzəliş”in saxlanmasının əsası yoxdur

Moskva, 27 dekabr, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında sülh prosesində nəzərəçarpacaq irəliləyiş, münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və ticarət-iqtisadi əlaqələrin bərpası istiqamətində atılan praktiki addımlar fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na əlavə edilmiş “907-ci düzəliş” məsələsi yenidən diqqət mərkəzindədir. 1990-cı illərin əvvəllərində münaqişə şəraitində və ermənipərəst lobbinin təsiri altında qəbul edilmiş bu düzəliş regionda reallıqların köklü şəkildə dəyişməsinə, hər hansı blokadanın olmamasına və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə baxmayaraq, formal olaraq qüvvədə qalmaqda davam edir.

“Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini, politoloq Andrey Petrov AZƏRTAC-a müsahibəsində Ermənistan–Azərbaycan nizamlanmasının hazırkı mərhələsini, Cənubi Qafqazda sülh gündəliyinin perspektivlərini, “907-ci düzəliş”in saxlanılmasının əsaslı olub-olmamasını və onun ləğvi ilə bağlı mümkün ssenariləri dəyərləndirib.

–Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin indiki mərhələsini, habelə kommunikasiyaların açılması və ticarət əlaqələrinin bərpası istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

–Cari ildə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesində həqiqətən də çox ciddi irəliləyiş əldə edilib. Mart ayında sülh müqaviləsinin mətni razılaşdırılıb, avqustda isə paraflanıb. Əsas hadisə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda Donald Trampın iştirakı ilə keçirdikləri görüş olub və onun yekununda Birgə Bəyannamə imzalanıb. Bu sənəd hər iki tərəfin sülh gündəliyinin irəli aparılmasına sadiqliyini və Cənubi Qafqazda sülh vəziyyətinin dönməzliyini təsbit edib.

Azərbaycan əvvəldən regionun sülh yolu ilə inkişafında maraqlıdır və prinsipial məqam ondan ibarətdir ki, Ermənistan ilk dəfə analoji mövqeyini sənəd şəklində təsdiqləyib. Bu isə payızda və qışın əvvəlində izlədiyimiz praktiki addımları mümkün edib. Bunlara Azərbaycan ərazisindən Ermənistan istiqamətində yüklərin tranzitinə icazə verilməsi, həmçinin Azərbaycan benzininin Ermənistana satışı ilə bağlı ilk kommersiya sazişinin bağlanması daxildir. Bütün bunlar əldə olunmuş sülh razılaşmalarının birbaşa nəticəsidir.

–Sizin fikrinizcə, hazırkı şəraitdə hər hansı blokadanın olmaması və regionda baş verən müsbət dəyişikliklər fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na edilən “907-ci düzəliş”in saxlanılması nə dərəcədə əsaslıdır?

–Mövcud şəraitdə “907-ci düzəliş”in ABŞ qanunvericiliyində saxlanılması üçün heç bir əsas yoxdur. Bu düzəliş əvvəldən ədalətsiz olub, ABŞ Konqresində ermənipərəst millətçi lobbinin təsiri altında qəbul edilib və Ermənistanın Azərbaycanın ərazilərində apardığı işğalçı siyasətə dəstək məqsədi daşıyıb.

Bu gün vəziyyət prinsipial şəkildə fərqlidir. İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq beş il keçir, iki ildən artıqdır ki, Xankəndidə separatçı rejimin ləğvi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Belə şəraitdə bu düzəlişin saxlanılması təkcə məntiqli və ədalətli deyil, hətta onun üçün formal əsas da yoxdur. Bu düzəliş hər zaman əsassız idi, bu gün isə tamamilə mənasını itirib.

–Perspektivdə bu düzəlişin tam ləğv olunacağını gözləmək olarmı? Vaşinqtonun “907-ci düzəliş”ə yanaşmasının dəyişməsinə bu gün hansı amillər mane olur və mövqenin dəyişməsinə nə təsir göstərə bilər?

–Bu gün “907-ci düzəliş”in ləğvi perspektivlərinə şübhə etmək üçün demək olar ki, heç bir əsas yoxdur. Avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Donald Tramp bu normanın ABŞ qanunvericiliyindən çıxarılması ilə bağlı öhdəlik götürüb və hazırda müvafiq proses artıq başlanıb. Bununla yanaşı, ABŞ-da erməni lobbi dairələrinin müqaviməti müşahidə olunur ki, bu da prezidentin həmin düzəlişin icrasını dayandırmaq səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş cəhdlərdə özünü göstərir.

Lakin bu qüvvələrin imkanları obyektiv olaraq məhduddur. Konqresdə çoxluq respublikaçılara məxsusdur və Donald Tramp partiyanın şərtsiz lideri olaraq qalır. Düzəlişin ləğvi lehinə əsas amil onun saxlanılmasının ABŞ üçün heç bir fayda verməməsidir. Əgər Vaşinqton Cənubi Qafqazda təsirini genişləndirməkdə maraqlıdırsa, onun Azərbaycanla qarşılıqlı fəaliyyət üçün tam sərbəstliyə ehtiyacı var ki, bu da hazırda “907-ci düzəliş”in mövcudluğu ilə məhdudlaşır. Məhz bu səbəbdən onun yaxın perspektivdə tam ləğv ediləcəyini yüksək ehtimalla gözləmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

14:57
27 Dekabr

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

14:55
27 Dekabr

Macarıstanlı ekspert: “907-ci düzəliş” tamamilə ləğv edilməlidir

14:53
27 Dekabr

Ankarada Liviya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilib

14:52
27 Dekabr

Sabahın hava proqnozu – yağış və qar yağacaq

13:48
27 Dekabr

Anar Bağırov: 60 yeni vəkilin and içməsindən sonra Azərbaycanda vəkillərin ümumi sayı 2

13:47
27 Dekabr

Baş prokuror: Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıql

13:46
27 Dekabr

İnam Kərimov: Ədalətli məhkəmə araşdırması həm də, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür

13:44
27 Dekabr

Vüqar Rəhimzadə: “Dünya İdman Paytaxtı”nı daha möhtəşəm yarışlar gözləyir

12:42
27 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

12:12
27 Dekabr

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş

11:51
27 Dekabr

Kiyevə kütləvi hava hücumu - dağıntılar və xəsarət alanlar var YENİLƏNİB

11:37
27 Dekabr

Prezidentlə görüş idmançıların motivasiyasını və məsuliyyət hissini artırır

10:14
27 Dekabr

Leyla Əliyeva "Euronews"a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb

10:11
27 Dekabr

Bilmək istəyirəm

09:40
27 Dekabr

Rusiyalı ekspert: Sülh prosesi şəraitində “907-ci düzəliş”in saxlanmasının əsası yoxdur

09:36
27 Dekabr

Zamanı sənədləşdirən sənət

09:35
27 Dekabr

Səsi ilə dünyanı fəth etdi

09:30
27 Dekabr

AzTV bəzi tarixi türk seriallarının yayımlanmasını niyə dayandırıb?

09:25
27 Dekabr

Qəlbin "bir isti addım"a ehtiyacı var

09:20
27 Dekabr

Küçəmiz illərdir bərbad vəziyyətdədir

09:15
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!