27 Dekabr 2025 09:40
6622
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- 2006-cı ilə qədər rəsmi əmək stajım mövcuddur. Sonrakı illərdə isə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşam və həmin dövr üzrə fərdi sosial sığorta hesabımda vəsait formalaşmayıb. Hazırda pensiya yaşına çatmışam, lakin mənə yaşa görə əmək pensiyası deyil, yalnız sosial müavinət təyin edilib. Bu hal qanunvericiliyə uyğundurmu? 2006-cı ilə qədər olan əmək stajım əmək pensiyasının təyinində nəzərə alınmalı deyilmi?


Ağa RÜSTƏMOV,

Bakı şəhəri


- "Əmək pensiyaları haqqında" Qanuna və "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarına əsasən, 2006-cı il yanvarın 1-dək olan əmək (sığorta) stajı əmək pensiyasının təyinində nəzərə alınmalıdır. Xüsusilə, 2019-2025-ci illərdə pensiya yaşına çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən, onların 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır və bu dövr üzrə faktiki stajınız varsa, həmin illər pensiya hüququnun müəyyən edilməsində nəzərə alınmalıdır. Həmin dövr üzrə qazanılmış pensiya hüquqları pensiya kapitalına çevrilir və fərdi şəxsi hesabınızda əks etdirilməlidir. Əgər yalnız sosial müavinət təyin edilibsə və 2006-cı ilə qədər kifayət qədər əmək stajınız varsa, bu, qanunvericiliyə uyğun deyil və qərardan şikayət vermək hüququnuz var. Praktikada, 2006-cı ilədək olan əmək stajı təsdiqedici sənədlərlə təqdim olunmalı və pensiya təyinatında nəzərə alınmalıdır.


- Bu il növbəti əmək məzuniyyətindən istifadə edə bilmədiyim üçün  kompensasiya aldım. Amma 36 təqvim günü əvəzinə yalnız 30 təqvim günü əsas məzuniyyət hesablandı, əlavə məzuniyyət günləri nəzərə alınmadı. Bu, qanunla düzgündürmü?


Tamella QULİYEVA,

Sumqayıt şəhəri


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya həm əsas, həm də əlavə məzuniyyət günləri üçün ödənilməlidir. Əsas məzuniyyət yalnız əlavə məzuniyyətlərlə birlikdə verilməli və onların müddətləri cəmlənməlidir. Əgər işçi növbəti əmək məzuniyyətindən tam istifadə etməyibsə, ona həm əsas, həm də əlavə məzuniyyət günlərinin hamısına görə kompensasiya ödənilməlidir. Yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya hesablanıb, əlavə məzuniyyət günləri nəzərə alınmayıbsa, bu qanunsuzdur və əlavə 6 gün üçün də kompensasiya ödənilməlidir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

Yeni dövrün milli təhlükəsizlik və ideoloji doktrinası  

15:00
07 Oktyabr

Azərbaycan bütün siyasi qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb

14:35
07 Oktyabr

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir 

14:34
07 Oktyabr

Tərtərdə pambıq yığımına başlanılıb

14:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!