26 Dekabr 2025 20:51
171
SİYASƏT
A- A+
Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  

Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  


Dekabrın 26-da Azərbaycanın Xarici İşlər Nazirliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında yerli və xarici media nümayəndələri, habelə Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Mətbuat konfransında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 2025-ci il üzrə xarici siyasətinin əsas istiqamətləri, milli maraqların təmin olunması məqsədilə həyata keçirilmiş diplomatik fəaliyyət və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

Nazir bildirib ki, 2025-ci ildə beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan Respublikası müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu uğurlu şəkildə davam etdirib, çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

C.Bayramov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi şanlı Zəfərin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə də regionda dayanıqlı və qalıcı sülhün təmin edilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Bu çərçivədə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh sazişi layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması

istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Həmçinin qonşu dövlətlər, Mərkəzi Asiya, Avropa, Asiya-Sakit okean, Yaxın Şərq, Afrika və Amerika regionu ölkələri ilə aparılan iş barədə məlumat verilib. İntensivləşən təmaslar istiqamətində 41 ölkə ilə müxtəlif sahələr üzrə 191 sənədin imzalandığı, 52 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasının, habelə bir sıra ölkələrlə ikitərəfli münasibətlərin Strateji Tərəfdaşlığa yüksəldilməsinin ölkəmizin nüfuzunun və qarşılıqlı etimadın göstəricisi olduğu bildirilib.

Mətbuat konfransında Azərbaycanın 2025-ci il üzrə çoxtərəfli diplomatiya çərçivəsində fəaliyyəti barədə məlumat verən nazir, Türk Dövlətləri Təşkilatında sədrliyin Azərbaycana keçməsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyimizin davam etdirilməsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyimiz, Qoşulmama Hərəkatı Troykası çərçivəsində iştirak, COP29-a sədrliyimiz, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı platformaları üzrə irəli sürülmüş təşəbbüsləri xüsusi qeyd edib.


Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışan nazir bu çərçivədə, cari ildə Azərbaycanın Tailand Krallığında və Oman Sultanlığındakı səfirliklərinin rəsmi açılışını, 13 illik fasilədən sonra cari ilin fevral ayında Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinin bərpa edilməsini diqqətə çatdırıb.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə həyata keçirilən kompleks iqtisadi diplomatiya fəaliyyəti Azərbaycanın mühüm nəqliyyat, enerji, rəqəmsal və ticarət qovşağı kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də ölkəmizin regional və qlobal iqtisadi platformalarda təsir imkanlarının artırılmasına yönəlib.

Humanitar diplomatiya istiqaməti üzrə digər məsələlərlə yanaşı, mina təhdidi ilə mübarizə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə aparılan işlər diqqətə çatdırılıb.

İl ərzində ölkəmiz tərəfindən Ukraynaya və Suriyaya göstərilən humanitar yardım və ölkəmizin beynəlxalq yardım proqramları barədə iştirakçılar məlumatlandırılıb.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində 2025-ci il daxil olmaqla son illər ərzində İraqdan və Suriyadan 473-ü uşaq və 64-ü qadın olmaqla, ümumilikdə 537 vətəndaşımızın repatriasiyasının, cari ildə İsrail və İran arasında baş vermiş hərbi münaqişənin nəticəsi olaraq 9 minə yaxın Azərbaycan vətəndaşının və 82 xarici ölkə vətəndaşının ölkəmizə təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Xarici siyasətin informasiya təminatı sahəsində yerli və xarici media ilə əməkdaşlığın gücləndirildiyi, mətbuat konfransları, rəsmi açıqlamalar, sosial media fəaliyyəti, habelə analitik iş istiqamətində həyata keçirilən tədbirlər və Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə görülən işlər vurğulanıb.

Daha sonra nazir Ceyhun Bayramov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  

21:48
26 Dekabr

Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  

20:51
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb  

20:44
26 Dekabr

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub  

20:42
26 Dekabr

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

20:19
26 Dekabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib  

19:53
26 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub  

19:41
26 Dekabr

Bakıda "Sülh Qalxanı - 2026" təliminin planlama konfransı keçirilib  

19:23
26 Dekabr

DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb  

19:09
26 Dekabr

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

18:46
26 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən  

18:43
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Son 30 il ərzində “qara siyahı”ya təxminən 2 mindən çox şəxs daxil edilib

18:43
26 Dekabr

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

18:42
26 Dekabr

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən  

18:42
26 Dekabr

Nazir: Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır  

18:41
26 Dekabr

Gəncədə “Həmrəyliyin rəngləri” adlı sərginin açılışı olub  

18:40
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

18:39
26 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:28
26 Dekabr

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb  

18:27
26 Dekabr

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən  

18:25
26 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənovdan  

18:24
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!