27 Dekabr 2025 08:45
152
SİYASƏT
A- A+
907-ci düzəlişin ləğv olunması ABŞ-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr verə bilər

907-ci düzəlişin ləğv olunması ABŞ-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr verə bilər


Dəyişən dünyada getdikcə beynəlxalq birliyin söz sahibi olan, aparıcı  üzvlərindən birinə çevrilən Azərbaycan həmişə mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq  siyasəti yürüdüb. Başqa ölkələrlə yanaşı, ABŞ-Azərbaycan arasında da ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusən də siyasi, iqtisadi və strateji sahələrdə yüksələn xətlə inkişaf edir, qarşılıqlı anlaşmaya xidmət edən xoş münasibətlər qurulur. Azərbaycanın gündən-günə dünyada və regionda artan nüfuzu və ABŞ-nin strateji maraqları qurulan münasibətlərin dayaqlarını daha da möhkəmlədir. 

Amma təəssüflər olsun ki, 1992-ci ildə ABŞ Konqresində qəbul edilmiş "Azadlığa Dəstək Aktı"na elə həmin il əlavə olunmuş 907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əngəl yaradır. ABŞ prezidentləri 2001-ci ildən başlayaraq hər il bu qanunun tətbiqini dayandırmışlar. Bu gün isə həmin düzəlişin tamamilə ləğv olunması istiqamətində mühüm işlər aparılır, zəruri addımlar atılır. Çünki Azərbaycan artıq ABŞ-nin ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Deməli, 907-ci düzəlişin ləğv edilməsi zamanın tələbidir.

Xatırladaq ki, "Azadlığa Dəstək Aktı" SSRİ-nin dağılmasından sonra Rusiya və müstəqil olmuş digər postsovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur. Sonrakı illər bura humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Təəssüflər olsun ki, elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə, həmçinin yerli özünüidarəetmə qurumlarına birbaşa yardımı qadağan edir. Düzəlişin ortaya çıxmasına, qəbul olunmasına səbəb isə inandırıcı olmayan bir arqument göstərilib. Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməniləri blokadada saxlayır. Heç bir əsaslı səbəb olmadan qəbul edilən 907-ci düzəliş 1992-ci ildən 2002-ci ilə qədər Azərbaycana ABŞ-dən birbaşa yardımın göstərilməsinin qarşısını alıb. 

907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan səkkiz il ABŞ-dən yardımı ala bilməyib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. Bu istiqamətdə mühüm işlər aparılıb.

Ulu Öndər Heydər Əliyev 27 iyul-7 avqust 1997-ci ildə ABŞ-yə rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük zərbə vuran 907-ci əlavənin ləğvinin zəruriliyini Prezident Klintona və Konqres üzvlərinin diqqətinə çatdırıb. 1 avqust 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin ləğv ediləcəyini deyib. 

Ulu Öndər Heydər Əliyevin Nümayəndələr Palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bildiriblər. ABŞ erməni icması və lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana məhdud da olsa, müxtəlif yardımlar edib. 2000-ci ilin fevralında Heydər Əliyevin ABŞ-yə səfəri zamanı müdafiə naziri Uilyam Kohenlə 907-ci düzəlişin daha çox qarşısını aldığı hərbi əməkdaşlıq məsələlərindən danışılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun-müddətli münaqişənin həllinə doğru atılan ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Keçirilən tarixi görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. 

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdən bəri müzakirə olunan 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarın verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti İlham Əliyev bu qərarı "33 il sonra ədalətin bərpası" kimi qiymətləndirdi. 

907-ci düzəliş ABŞ tərəfindən hələ ki, ləğv edilməyib, sadəcə olaraq bir il müddətinə dondurulub. ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan - Konqres tərəfindən ləğv edilə bilər. Prezidentin düzəlişi bir il müddətinə dondurmaq səlahiyyəti var. 

Heç bir blokadanın olmadığı, Azərbaycanla Ermənistan arasında sülh, normallaşma prosesinin davam etdiyi, kommunikasiyaların açılması məsələsinin müzakirə olunduğu, ticarət əlaqələrinin bərpa edilməsi istiqamətində işlərin aparıldığı bir vaxtda heç bir əsası olmayan 907-ci düzəlişin ləğvi çox vacib məsələdir. Nəhayət, haqsızlığa, ədalətsizliyə son qoyulmalıdır. 

Hazırda 907-ci düzəlişin ləğv edilməsi istiqamətində Konqresin özündə də müəyyən işlər aparılır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir. Bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Qeyd edək ki, artıq bu barədə Konqresin saytında da məlumat yerləşdirilib. Luna bu addımın ABŞ-nin regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınaraq, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil. Anna Paulina Luna dediklərinə onu da əlavə edib ki, qanun layihəsinin qəbul olunması  Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentlə görüş idmançıların motivasiyasını və məsuliyyət hissini artırır

10:14
27 Dekabr

Leyla Əliyeva "Euronews"a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb

10:11
27 Dekabr

Bilmək istəyirəm

09:40
27 Dekabr

Zamanı sənədləşdirən sənət

09:35
27 Dekabr

Səsi ilə dünyanı fəth etdi

09:30
27 Dekabr

AzTV bəzi tarixi türk seriallarının yayımlanmasını niyə dayandırıb?

09:25
27 Dekabr

Qəlbin "bir isti addım"a ehtiyacı var

09:20
27 Dekabr

Küçəmiz illərdir bərbad vəziyyətdədir

09:15
27 Dekabr

Yeni ilin astanasında

09:10
27 Dekabr

Kəndimiz susuz qalıb

09:05
27 Dekabr

Küçəmiz işıqlığa çıxdı 

09:00
27 Dekabr

Lazanın körpü problemi tez bir zamanda həll olundu

08:55
27 Dekabr

Vətən kəlməsi ilə başlayan ömür

08:50
27 Dekabr

907-ci düzəlişin ləğv olunması ABŞ-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr verə bilər

08:45
27 Dekabr

ABŞ-nin Lemkin İnstitutu təxribatla məşğuldur

08:40
27 Dekabr

2025-ci ildə Azərbaycan 22 ölkəyə neft, 14 ölkəyə qaz ixrac edib

08:35
27 Dekabr

Xalqımız hər zaman yaddaşına sadiq qalacaq

08:30
27 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq Azərbaycanın iqtisadi gücünün göstəricisidir

08:25
27 Dekabr

"Orta dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək"

08:20
27 Dekabr

Azərbaycanın regional liderliyini təmin edən uğurlu xarici siyasət

08:15
27 Dekabr

Qlobal nüfuzun təzahürü

08:10
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!