30 Sentyabr 2025 09:15
13635
Oxucu məktubları
A- A+
"Rəsmi müraciət ediləcəyi halda məsələyə baxılacaq"

"Rəsmi müraciət ediləcəyi halda məsələyə baxılacaq"


Şəki rayonu Aydınbulaq kənd sakini Ramazan Balabəy oğlu Şirinovun pay torpaq sahələrinə çıxarış ala bilməməsi ilə bağlı məsələnin araşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktubunuza aidiyyəti üzrə baxılmışdır. 

Bildiririk ki, hüquq sahibi, onun tərəfindən vəkil edilmiş şəxs, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslər tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

Məlumat üçün bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. 


Fərid CƏFƏROV,

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ İdarə Heyətinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında

02:06
03 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda və 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edilməsi haqqında

01:56
03 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarında və 2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

01:55
03 Fevral

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:53
03 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”da dəyişiklik edilməsi barədə

01:52
03 Fevral

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi 

01:51
03 Fevral

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Sosial sığınacaqların inkişafına dəstək” adlı müsabiqə keçirir

01:50
03 Fevral

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!