31 Yanvar 2021 00:35
1180
İQTİSADİYYAT
A- A+
Rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi bu il daha geniş miqyas alacaq

Rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi bu il daha geniş miqyas alacaq

 

“Dövlət məşğulluq xidmətlərinin elektron infrastrukturunun qurulması, rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi prosesi bu il daha geniş miqyas alacaq. İşsiz və işaxtaran şəxslər, işəgötürənlər üçün həmin xidmətlərin e-platformalardan təqdim olunmasında 2021-ci ildə bir sıra yeniliklər olacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət sosial xidmətləri, o cümlədən məşğulluq xidmətləri sistemində geniş vüsət alan elektronlaşma proqramı bu sahədə müasir, çevik, eyni zamanda şəffaf idarəçiliyin və xidmətlərin formalaşmasına yönəlib. Artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində (MAS) toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb.

M.Abbasbəyli  “Əmək münasibətləri və məşğulluq” altsistemi - ƏMAS adlı vahid əmək münasibətləri platformasının da qurulmaqda olduğunu deyib.

Diqqətə çatdırıb ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır.  E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb.

Agentliyin sədri qeyd edib ki, bu elektron xidmətlər ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək. Bununla inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəriciləri, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamalar, haqqı ödənilən ictimai işlərin vahid platformada toplanması, təlim, peşəyönümü və peşə hazırlığı fəaliyyəti onlayn müstəviyə daşınacaq.

M.Abbasbəyli  2021-ci ildə də işsiz və işaxtaran şəxslər üçün dəstək tədbirlərinin əhatə dairəsinin genişlənəcəyini deyib. 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcəyini qeyd edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!