12 Dekabr 2025 13:51
138
İQTİSADİYYAT
A- A+
İqtisadi fəal əhalinin sayı açıqlanıb  

İqtisadi fəal əhalinin sayı açıqlanıb  


2025-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5383,2 min nəfər olub, onların 5104,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,7 min nəfər, qeyri-dövlət sektorunda isə 916,7 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1751,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,9 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində çalışıblar.

2025-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,9 saat təşkil edib. 2025-ci il dekabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,3 min nəfər olub, onların 51,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494,3 manat olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

15:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

14:34
12 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib  

14:20
12 Dekabr

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib  

14:00
12 Dekabr

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər  

13:59
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb  

13:58
12 Dekabr

On bir ayda müavinətlər üzrə 1 milyard 66 milyon, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib  

13:58
12 Dekabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

13:51
12 Dekabr

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb  

13:50
12 Dekabr

Əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici valyutada qoyulub  

13:48
12 Dekabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda leysan olacaq  

13:47
12 Dekabr

Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib  

13:34
12 Dekabr

Kiyev Donbasda cəbhə xətti boyunca bufer zonasının yaradılmasına razılıq verib  

13:33
12 Dekabr

Ağdərə sakini: Bu gün həm sevincli, həm də qürurluyam  

13:30
12 Dekabr

Böyük Qayıdış: Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb  

13:29
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

13:22
12 Dekabr

Xocalıda Ulu Öndərin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

13:18
12 Dekabr

Heydər Əliyev irsi Azərbaycan xalqının qiymətli sərvətidir  

13:16
12 Dekabr

“ChatGPT” qətl və sonrakı intiharda iştirak etməkdə ittiham olunur  

12:54
12 Dekabr

Ən çox istifadə olunan sığorta növləri hansıdır?

12:41
12 Dekabr

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib  

12:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!