27 Oktyabr 2026 08:25
253
CƏMİYYƏT
A- A+
Rasimi Qarabağa Vətən sevgisi apardı

Rasimi Qarabağa Vətən sevgisi apardı


Şuşaya gedən yolun hər addımında ölüm pusquda dayanmışdı. Dağların sükutunu top mərmilərinin uğultusu pozur, qayalara çırpılan güllələr döyüşçülərin başı üzərindən ötüb keçirdi. Qarşıda isə illərlə azadlığını gözləyən, hər bir azərbaycanlının qəlbində həsrətə çevrilən Şuşa vardı. 

O şəhərə çatmaq üçün ölümün gözünün içinə baxmaq, hər addımda həyatla ölüm arasındakı sərhədi keçmək lazım idi. Azərbaycan əsgəri bu yola çıxanda nələri düşünmürdü? Kimsə döyüşdən sonra doğmalarına qovuşacağı günü xəyal edirdi, kiminsə ürəyi  illərlə həsrətində olduğu torpaqlarda bayrağımızın dalğalandığını görmək arzusu ilə çırpınırdı. Hərənin öz həyatı, arzuları vardı. Amma o gün bütün şəxsi arzuların fövqündə bir amal dayanırdı - Şuşa azad olunmalı, Vətən bütövləşməli idi!

Rasim Rufullayev də bu amalın işığında Şuşaya doğru irəliləyirdi. Hələ 23 yaşı tamam olmamış bu gəncin qarşıda yaşamadığı neçə-neçə baharı, qurulmamış ailəsi, dadmadığı ata sevinci vardı. Lakin Vətənin taleyinin həll olunduğu o günlərdə Rasimin ürəyindəki sevgi şəxsi xoşbəxtlik arzularının sərhədlərini aşmışdı. O, Vətəni elə sevgi ilə sevirdi ki, bu sevgi onu Şuşaya aparan təhlükəli yoldan döndərə bilməzdi. Şuşa həsrəti onun üçün bir arzu deyil, irəliyə səsləyən mənəvi qüvvə idi. O, bu yolda son nəfəsinədək irəliləyəcək, noyabrın 7-də adını Azərbaycanın şəhidlik salnaməsinə yazacaqdı.

31 avqust 1997-ci ildə Yardımlının Zevin kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Rasim Rufullayevin uşaqlıqdan bir arzusu vardı - hərbçi olmaq, Vətənə xidmət etmək, torpaqlarımızın keşiyində dayanmaq. Orta təhsilini Zevin kənd orta məktəbində almışdı. Bəlkə də o illər heç kim bilmirdi ki, bu kənddə böyüyən, arzularını ürəyində yaşadan bir gəncin adı nə vaxtsa Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılacaq. Rasimin qəlbində Vətən sevgisi adi bir hiss deyildi, bu sevgi onun həyat yolunu müəyyənləşdirən, gələcəyini formalaşdıran, çətinliklər qarşısında iradəsini möhkəmləndirən mənəvi qüvvə idi. Rasim Vətənə xidmət etməyi seçmişdi. Zaman gələndə isə bu seçimin məsuliyyətini canı bahasına daşımağa hazır olduğunu da  göstərdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Qarabağ həsrəti böyük bir mübarizəyə çevrildi. Uzun illər doğma yurdlarının azadlığını gözləyən insanların ümidi cəbhəyə yollanan əsgərlərin addımlarında yaşayırdı. Hər kəsin qəlbində bir arzu vardı - işğal altında olan torpaqlarımız azad edilsin, bayrağımız Qarabağın dağlarında, şəhərlərində, kəndlərində dalğalansın. Rasim də bu böyük arzunun daşıyıcılarından idi. Uşaqlıqdan xəyal etdiyi hərbçi həyatı artıq gerçəkliyin ən ağır sınağına çevrilmişdi. Qarşıda təhlükəli yollar, sərt döyüşlər, mərmi səsləri, tüstüyə bürünən səngərlər və hər an ölüm təhlükəsi ilə üzləşən əsgər yoldaşları vardı. Ancaq Rasim bu yola qorxularını, inamını, tərəddüdlərini deyil, Vətən sevgisini götürüb çıxmışdı. O, Füzuli, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdi. 

Bütün yolların içərisində Şuşaya aparan yolun onun üçün xüsusi mənası vardı. Şuşa Azərbaycan ruhunun, mədəniyyətinin, tarixinin və milli qürurunun rəmzi idi. Bu şəhərin azadlığı uğrunda döyüşmək hər bir Azərbaycan əsgəri üçün böyük şərəf sayılırdı. Şuşaya çatmaq, onun uca qayalarını, əzəmətli dağlarını görmək, qədim küçələrində Azərbaycan bayrağının dalğalandığına şahid olmaq - bundan böyük arzu ola bilərdimi? Rasim də həmin müqəddəs arzu ilə irəliləyirdi. Şuşa həsrəti ona güc verir, yolun ağırlığını unutdurur, qarşısına çıxan təhlükələrə baxmayaraq, irəli getməyə səsləyirdi. O, Şuşaya yalnız bir şəhəri azad etmək üçün deyil, xalqının illərlə gözlədiyi sevincə qovuşmaq üçün gedirdi. Hər addımında bir ümid, hər baxışında bir məqsəd vardı.

Rasimin ürəyi sevgi ilə dolu idi. O, subay idi. Hələ öz ailəsini qurmağa, həyat yoldaşı ilə bir ocaq yaratmağa, övladının ilk gülüşünü eşitməyə, ata olmağın sevincini yaşamağa ömrü vəfa etməmişdi. Onun da yaşayacağı illər, quracağı xəyallar, sevdikləri ilə bölüşəcəyi xoşbəxt günlər vardı. O da müharibədən qayıdacağı günü, ailəsinin sevincini, doğma Zevin kəndinə qalib əsgər kimi dönəcəyi anı düşünürdü. Ancaq Vətənin taleyi həll olunan o ağır günlərdə Rasimin qarşısında şəxsi arzularından daha böyük bir məqsəd dayanmışdı. O bilirdi ki, gələcəyini düşünmək haqqına sahib olduğu halda, Vətənin gələcəyini qorumaq məsuliyyətini daşıyır. Onu Şuşaya aparan yolda təkcə hərbçi olmaq arzusu deyil, torpağa bağlılıq, xalqına sədaqət və azadlıq eşqi də vardı. Noyabrın 7-də - Şuşa uğrunda qanlı döyüşlərin getdiyi bir vaxtda Rasim Rufullayev şəhidlik zirvəsinə ucaldı. O, Vətənin azadlığı naminə başladığı yolun ən ağır məqamında canını fəda etdi. Həmin gün onun gənc ömrü sona çatdı, amma uğrunda mübarizə apardığı amal xalqımızın yaddaşında əbədi yaşamaq haqqı qazandı. Rasimin şəhidliyi bir ailənin ürəyində sağalmaz yara açdı. Atası Yadigarın, anası Mahirənin, qardaşları Həsənin və Savalanın, bacıları Təhminənin və Zəminənin həyatında əvəzolunmaz bir boşluq yarandı. Onun səsini eşitmək, üzünü görmək, bir daha doğma evin qapısından içəri girdiyini görmək arzusu nisgilə çevrildi. Heç bir medal, təltif,  təsəlli övlad itkisini unutdura bilməz. Şəhid ailəsinin qüruru ilə kədəri bir-birinə qarışır; göz yaşlarının arxasında isə Vətən üçün canından keçmiş bir oğulun əbədi xatirəsi dayanır.

Rasim Rufullayevin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də qiymətləndirildi. O, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar onun keçdiyi döyüş yolunun, Vətən uğrunda göstərdiyi xidmətlərin və azadlıq mübarizəsində iştirakının rəmzidir. Hər medalın arxasında bir əsgərin çəkdiyi zəhmət, üzləşdiyi təhlükələr, daşıdığı məsuliyyət və xalqının gələcəyi naminə göstərdiyi fədakarlıq dayanır. 

Onun ömrü 23 yaşında yarımçıq qaldı. İnsan ömrünün böyüklüyü yalnız neçə il yaşaması ilə ölçülmür. Bəzən bir gəncin qısa ömrü bütöv bir xalqın yaddaşında uzun əsrlər yaşayacaq iz buraxır. Rasim də öz ömrünü belə bir izə çevirdi. O, Şuşaya doğru irəliləyərkən ürəyində yaşatdığı azadlıq arzusunu öz həyatından üstün tutdu. Şuşanın azadlığı uğrunda canından keçən bu gəncin xatirəsi indi təkcə doğmalarının deyil, eyni zamanda Vətənini sevən hər bir insanın qəlbində yaşayır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!