26 Oktyabr 2026 21:44
171
CƏMİYYƏT
A- A+
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  


Oktyabrın 26-da Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Qonaqlar körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Körpələr evi-uşaq bağçasının inşasına Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, qrup otaqları əyani vəsaitlərlə tam təchiz edilib.

Həyətyanı sahədə söhbətgahlar, uşaq əyləncə qurğuları ilə təmin edilmiş meydança inşa olunub.

160 uşaq yerlik körpələr evi-uşaq bağçasında qızlar və oğlanlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika zalları, mətbəx, yeməkxana, tibb və digər inzibati və texniki otaqlar yaradılıb.

Körpələr evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Məktəbəqədər təhsil müəssisəsinin müdiri Aygün Mikayılova AZƏRTAC-a bildirib ki, 7750 nəfər sakini olan kənddə 55 nəfərlik köhnə uşaq bağçası var. Lakin təmirsiz və yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi inşa olundu. Körpələr evi-uşaq bağçası 3 qrupdan ibarətdir: 2-3 yaş, 3-4 yaş və 4-5 yaş. Məktəbəqədər təhsil müəssisəsinin 17 nəfərlik heyəti var ki, onlardan 12-si texniki, 5-i isə pedaqoji işçidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!