27 Oktyabr 2026 08:30
263
CƏMİYYƏT
A- A+
Doğma yurdu Şuşa uğrunda döyüşmək ən böyük arzusu idi

Doğma yurdu Şuşa uğrunda döyüşmək ən böyük arzusu idi


Azərbaycanın ərazi bötövlüyü uğrunda başlayan İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən oğullarımızdan biri də Nurlan Nadir oğlu Həsənov olmuşdur. O, şuşalı idi, 1991-ci il mayın 19-da doğulmuşdur. 

Erməni işğalçılarının hücumları nəticəsində Nurlan bir yaşında ailəsi ilə doğma elindən didərgin düşdü, uzun çəkən əzab-əziyyətdən sonra məcburi köçkün kimi Bakıda məskunlaşdı. Amma ata-anası bir gün, bir an da olsun ümidlərini itirmədilər, ömürlərini bu ümidlə, bu inamla yaşadılar. 

Yaşı çatanda ailənin ilkin övladı Nurlan Bakıda fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul oldu. İlk günlərdən oxumağa maraq göstərdi. Amma vətənpərvərliyi ilə də çoxlarından fərqləndi. 2008-ci ildə orta təhsilini yüksək qiymətlərlə başa vurub Azərbaycan Texnologiya Universitetinə qəbul oldu, inzibati idarəetmə ixtisasına yiyələndi. 

Universiteti bitirdikdən sonra - 2012-ci ildə Nurlan Həsənova Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün çağırış vərəqi gəldi. O, cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etməyə başladı. Erməni qəsbkarları ilə üzbəüz olan barıt qoxulu səngərlərdə dayandı. İşğalçılar atəşkəs rejimini pozmağa can atanda ilk olaraq düşmən üzərinə güllə yağdıranlardan  biri də Nurlan oldu. Əsgəri xidmətinin başa çatmasına az qalmış Nurlan zabitlik kursunda oxuyaraq leytenant rütbəsi aldı. İlyarım Silahlı Qüvvələrin sıralarında zabit kimi xidmət etdi. 2014-cü ildə ehtiyata buraxıldı.

Ordudan tərxis olunsa da, Nurlan bir gün, bir an olsun belə, Qarabağın, o cümlədən Şuşanın azadlığı uğrunda döyüşmək istəyini unutmadı. Böyüyüb yaşa dolduqca ata-baba yurdunun həsrətini daha çox çəkirdi, doğmadan-doğma olan el-obasına dönmək, o gözəl yerlərdə yaşamaq istəyirdi. O səbəbdən də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan Həsənov iki övladını doğmalarına əmanət edib torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün könüllü ordu sıralarına yazıldı. Kifayət qədər döyüş təcrübəsi olan gənc zabiti Cəbrayılın azadlığı  uğrunda gedən əməliyyatlara göndərdilər.

Leytenant Nurlan Həsənov illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatmışdı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin ön sıralarında vuruşa-vuruşa Zəfər ovqatı ilə üzü Şuşaya doğru addımlayırdı. Ermənilər oğulların güclü hücumları qarşısında dayana bilməyərək ağır itkilər verərək geri çəkilirdi. Nurlan kimi cəsur oğulların qəhrəmanlığı sayəsində torpaqlarımız addım-addım Ermənistan silahlı qüvvələrinin işğalından azad olunurdu.  

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşduqdan sonra Nurlangilin bölüyünü Füzuli istiqamətinə göndərdilər. Amma təəssüflər olsun ki, gənc zabit Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edə bilmədi. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid oldu. Bir gün sonra Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən əməliyyatlar zamanı hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi  qəhrəmanlığa görə Nurlan Nadir oğlu Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!