08 İyul 2026 12:35
129
CƏMİYYƏT
A- A+
Quru Qoşunlarında əməliyyat təlimi təşkil edilib

Quru Qoşunlarında əməliyyat təlimi təşkil edilib


2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən xxəbərə görə, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.

Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının, bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib.

Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki təlimlər və taktiki-xüsusi təlimlər, döyüş atışları keçirilib, təminat tapşırıqları praktiki olaraq işlənib.

Taktiki fəaliyyətlər Vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq icra edilib, Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının, praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirib.

Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib.

İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirib. Təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyi və təlimin məqsədlərinə nail olunduğu qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibbi Tədris-Simulyasiya Mərkəzinin açılışı olub  

14:20
08 İyul

“Ulduz”un yeni nömrəsində...

14:15
08 İyul

Maka Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı çox uğurlu nəticələr verir

14:10
08 İyul

Münaqişə bölgələrində olan 600-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

14:05
08 İyul

Ankarada NATO sammitinin plenar iclası başlayıb

14:00
08 İyul

Əymən Əs-Safadi: Azərbaycanla investisiya sahəsində əlaqələrimizi gücləndirmək niyyətindəyik

13:55
08 İyul

Nazir: Orta Dəhliz İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər

13:50
08 İyul

Azərbaycan ilə Avropa Şurası arasında hüquq və ədliyyə sahəsində həyata keçirilən uzunmüddətli əməkdaşlıq vurğulanıb

13:45
08 İyul

Xocavəndin Guneyxırman və Quzeyxırman kəndlərinə ilk köç gerçəkləşib, 39 ailə yurduna qovuşub

13:40
08 İyul

İordaniya XİN başçısı: Azərbaycanla imzaladığımız saziş əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edəcək

13:35
08 İyul

Ceyhun Bayramov: Azərbaycan nümayəndə heyəti İordaniyaya səfər edəcək

13:30
08 İyul

Xocavənddə taxıl sahələri 8773 hektar artıb

13:25
08 İyul

Ceyhun Bayramov: İordaniya-Azərbaycan münasibətlərinin inkişafında ölkə liderlərinin rolu böyükdür

13:20
08 İyul

Ceyhun Bayramov iordaniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

13:14
08 İyul

İşsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər

13:05
08 İyul

Ekspert: Sosial şəbəkələrdə yaşın yoxlanılması uşaqların müdafiəsi baxımından vacib addımdır

12:55
08 İyul

Tramp İspaniya ilə bütün ticari əlaqələri kəsdiyini bildirib

12:45
08 İyul

Quru Qoşunlarında əməliyyat təlimi təşkil edilib

12:35
08 İyul

Akaba körfəzində nadir dəniz canlısı müşahidə edilib

12:30
08 İyul

Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb

12:25
08 İyul

Ali Məhkəmə Plenumunun növbəti iclası olub

12:20
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!