02 İyun 2025 19:03
499
DÜNYA
A- A+
Qravitasiya dalğaları insan təkamülünə təsir edib

Qravitasiya dalğaları insan təkamülünə təsir edib

Astrofizika üçün mühüm hadisəyə olan, ümumi nisbilik nəzəriyyəsi ilə əvvəlcədən proqnozlaşdırılan qravitasiya dalğaları 2015-ci ildə qeydə alındı. İndi isə tədqiqatçılar iddia edirlər ki, qravitasiya sahəsindəki dalğalanmaların təsiri daha uzaqlara gedib çıxır. Onların fikrincə, bu qüvvələr bizim maqnitosferamızın formalaşmasında və tektonik plitələrin hərəkətə gətirilməsində mühüm rol oynayıb və bununla da Yerdə həyatın yaranması üçün əsaslı şərait yaradılıb.

Böyük Britaniya, Almaniya və İsraildən olan alimlər qravitasiya dalğalarının mövcudluğumuzla necə əlaqəli ola biləcəyini göstərən düşüncə təcrübəsi aparıblar. Bu təcrübədə bir-biri ilə əlaqəli astronomik, geofiziki və bioloji hadisələr zənciri ətraflı şəkildə təsvir olunur. Məqalənin baş müəllifi, Kardiff Universitetindən Bernard Schutz bildirib ki, nəhəng göy cisimlərinin - qara dəliklərin və ya neytron ulduzlarının toqquşması nəticəsində yaranan qravitasiya dalğaları kainatda bir növ domino effekti yaradır və ardıcıl reaksiyaları hərəkətə gətirərək, nəticə etibarilə, Süd Yolu qalaktikasının spiral qolu üzərində ağıllı həyat formalarının yaranmasına gətirib çıxarır. Qravitasiya dalğaları qoşa ulduz sistemlərindən enerjini daşıyır və bununla da ulduzları bir-birinə yaxınlaşdırır.

Yerin qızğın maye xarici nüvəsi maqnit sahəsi yaradır və bu sahə potensial canlı orqanizmləri kosmik radiasiyadan qorumağa qadirdir. Nüvənin istiliyi həmçinin plitə tektonikasını idarə edir və əvvəlki araşdırmalara əsasən, bu proses təkamülün əsas hərəkətverici qüvvələrindən biridir. Schutz və onun həmmüəllifləri qravitasiya dalğalarının mənşəyi ilə bağlı nəzəriyyə hazırlayan ilk alimlərdir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!