29 Sentyabr 2023 17:18
603
DÜNYA
A- A+
Qlobal istiliklə mübarizədə atılan addımlar

Qlobal istiliklə mübarizədə atılan addımlar

Beynəlxalq Energetika Agentliyi 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni planını təqdim edib. Agentlik hidrogen yanacaq və karbon qazının atmosferdən yığılması kimi detallı şəkildə yoxlanmamış texnologiyalara artıq üstünlük vermir. Mütəxəssislər bunun yerinə bərpa olunan enerji mənbələrinə keçidi və təbii yanacaq növlərinin yandırılmasından imtinanı sürətləndirməyi təklif edirlər.
Agentliyin 2021-ci ildə təklif etdiyi plana əsasən, Yer kürəsinin ortalama temperatur göstəricisini 1.5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün təbii yanacaq növlərinin axtarılması və istifadəsi layihələrinə investisiyalardan imtina edilməlidir. Sözügedən planın təqdim edilməsindən 2 il keçsə də, bu müddət ərzində Yer kürəsinin ortalama temperaturu artıq 1.2 dərəcə Selsi yüksəlib. Bu tendensiyanın 2050-ci ilə qədər kritik hesab edilən 1.5 dərəcə Selsi göstəricisini keçmə ehtimalı yüksəkdir.
Son 2 il ərzində hidrogen yanacaq texnologiyaları və karbon qazının yığılması üzrə sistemlər özlərini az perspektivli texnologiyalar kimi sərgilədilər. Aydın oldu ki, bu texnologiyalar qısa və orta müddətli perspektivdə Yer kürəsini qlobal istiləşmədən xilas edə bilməyəcəklər. Buna görə də onlara artıq üstünlük vermək olmaz. Üstəlik daha öncə mütəxəssislər parnik qazı tullantıları miqdarının yeni tenxologiyalar vasitəsilə 50 faiz aşağı endiriləcəyinə ümid edirdisə, indi bu göstərici 35 faizə düşüb.
Qeyd etmək lazımdır ki, hidrogen ağır nəqliyyat növlərinin tullantılarını aşağı salmalıdır. Məhz ağır nəqliyyat növləri atmosferi daha çox çirkləndirən faktorlardan biridir. Bu cür nəqliyyat növlərinə, aviasiyanı, dənizçiliyi, dəmir yollarını əhatə edən nəqliyyatları və yük maşınlarını gətirmək olar. Hidrogenin istehsalında, əsasən, təbii qazdan istifadə edilir. Bu isə öz növbəsində atmosferə parnik qazı tullantılarının miqdarını çoxaldır.
Karbon qazının atmosferdən yığılması texnologiyaları yalnız başqa həll yolu olmadığı halda kritik zamanlarda istifadə edilə bilər. Beynəlxalq Energetika Agentliyi detallı şəkildə yoxlanılmamış texnologiyaların istifadəsi yerinə, bütün dünyada bərpa olunan enerji mənbələrinin güclərini 3 dəfə artırmağı məsləhət görür. Ekoloji təmiz energetikaya xərclər isə iki dəfə artırılmalıdır.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!