20 Avqust 2023 09:46
427
SİYASƏT
A- A+
Qəribədir ki, dalana dirənən Ermənistan müharibəyə hazırlaşır

Qəribədir ki, dalana dirənən Ermənistan müharibəyə hazırlaşır

 

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra hərbi, siyasi, iqtisadi cəhətdən ağır duruma düşən Ermənistana bir şans verərək sülh təklif edib.

Azərbaycanın təklif etdiyi sülh şərtlərindən biri də nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın qurulmasıdır. Bu şərt Zəngəzur nəqliyyat dəhlizinin açılmasını da əhatə edir. Hansı ki Ermənistanın baş nazirinin yalvararaq imzaladığı, sonradan müxtəlif bəhanələrlə şərtlərini yerinə yetirməkdən boyun qaçırdığı üçtərəfli Bəyanatda da öz əksini tapıb.

Zəngəzur dəhlizinin açılması Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir qovşaq olacaq. Bu layihənin Cənubi Qafqaza gətirəcəyi iqtisadi dividenddən regionun bütün ölkələrinin bəhrələnə biləcəyini izah etməyə qəti ehtiyac yoxdur. Layihənin işə düşməsi daha çox iqtisadi cəhətdən tənəzzül yaşayan Ermənistana lazımdır. Amma Ermənistan nə edir? Öz məkrli xislətindən əl çəkmir. Yenidən revanş götürmək, itirdiklərini hərbi yolla bərpa etmək "mərəzinə" tutulub. Sülh danışıqlarını lüzumsuz yerə uzadıb danışıqlar  adı ilə siyasi manipuilyasiya edib. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə daha çox silahlanmaya, problemi yenidən güc yolu ilə həll etmək niyyətinə düşüb. Hindistandan və İrandan yeni silahlar alıb, müharibə tədarükünə başlayır. Eyni zamanda ermənilər məkrli niyyətlərindən əl çəkməyərək ölkəmizin əleyhinə apardıqları iyrənc təbliğatı gücləndirirlər.

Tez-tez maskasını dəyişmək ermənilərin xislətindədir. Müharibədən məğlub çıxan Ermənistan və onun sifarışlərini yerinə yetirən Qarabağdakı qulbeçələri bu dəfə "yazıq", "məzlum" donu geyib, həşir qoparıb "blokadada qaldıqlarını", "humanitar fəlakət" yaşadıqlarını, "acından qırıldıqlarını" erməni lobbisinin maddi vəsaiti hesabına ələ aldıqları KİV-də tirajladırlar. Məsələni bir qədər də şişirdib Fransa Prezidenti Makronun vasitəçiliyi ilə BMT-də müzakirəyə çıxardırlar.

Məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ermənilərə istədiklərini vermədi. BMT-dən  istədiyini ala bilməyən  Ermənistanda  gərginlik bir qədər də artdı.        

Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar "humanitar yük" adı ilə sərhədlərimizə cəmlədikləri avtomobil konvoyunun Laçın yolu ilə ərazilərimizə buraxılmayacağını bilirdilər. Əvvəlcədən onlara alternativ olaraq Ağdam-Xankəndi yolu təklif olunmuşdu. Ermənilər Azərbaycan əleyhinə təbliğat aparmaq, "humanitar böhran" şousu yaratmaq üçün bu oyunu qurmuşdular. Nəticəsi də bəlli oldu. Bundan sonra avtomobil konvoyunu necə geri qaytaracaqları barədə özləri düşünsünlər. Məsələ burasındadır ki, Ermənistan tutduğu hərəkətdən utanmaq əvəzinə maskasını dəyişib öz mənfur sifətini göstərdi.

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirənin səhərisi Qarabağda "acından ölən", "humanitar fəlakət" yaşayan  xuntanın rəhbəri Araik Arutyunyan "xalq könüllü silahlı dəstəsi"nin bir qrup döyüşçüləri ilə toplantı keçirib. Toplantıda "mövcud çətinliklərin öhdəsindən gəlmək üçün döyüşçülərin üzərinə düşən vəzifələr və təhlükəsizliyin təmin edilməsi, bütün səylərin birləşdirilməsinin zəruriliyi" vurğulanıb.

Bir neçə gündür ki, elektron izləmə vasitələri ilə aparılan müşahidələr zamanı  Qarabağda olan silahlı birləşmələrin yerlərini dəyişmələri məlum olub. "Xalq könüllü silahlı dəstəsi"nin üzvləri ilə görüş keçirməklə kifayətlənməyən separatçıların başçısı ertəsi gün -  avqustun 18-də "respublika müdafiə ordusu" adlanan silahlı qüvvələrin komanda heyəti ilə də görüş keçirib. İyirmi nəfərlik komanda heyəti ilə baş tutan görüşdə "respublikanın müdafiə qabiliyyəti" müzakirə edilib. Bundan iki gün əvvəl isə yeni "spiker", general-mayor daşnak Kamo Vardanyan hərbçilərlə görüş keçirmişdir.

Burada bir məsələyə xüsusi diqqət yetirməyi vacib sayırıq. Bu o deməkdir ki,  Ermənistan və separatçılar "məzlum", "yazıq" erməni oyununun nəticə vermədiyini anlayıb ritorikanı dəyişərək 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra yenidən güc toplamaq həvəsinə düşüblər. Deyə bilərik ki, artıq Ermənistan cəmiyyətində müharibəyə hazırlaşmaq barəsində açıq söhbət gedir.

 Heç kimə sirr deyil ki, Nikol  Paşinyanın sülh müqaviləsini uzatmaqda məqsədi zaman qazanmaq, yenidən güc toplamaq idi. Şübhəsiz ki, uydurma "humanitar böhran" şousu yaradıb, BMT-də tamaşaya qoyanlar Ermənistana yeni vədlər verib. Dünən "acından öldüklərini", "humanitar fəlakət" yaşadıqlarını, "yağ, ərzaq, çörək dalınca uzaq-uzaq yerlərə getdiklərini" iddia edən bir millətin bu gün müharibəyə hazırlaşması qəribə görünür. Bunu edənlər utanmaq hissindən məhrum olmuş ermənilərdir.

Azərbaycan dəfələrlə bəyan etdiyi kimi, heç kimin ərazisində gözü olmayan, regionda sülhə, sabitliyə daha çox töhfə verən, eyni zamanda prinsiplərinə sadiq, müstəqil siyasət aparan bir ölkədir. Bizi tutduğumuz haqq yolundan nə erməni kələyi, nə  Fransa küləyi sapdıra bilməz. Sülh danışıqlarını pozub, zorun gücü ilə danışmaq həvəsinə düşənlər anlamalıdırlar ki, onlara verilən son şansdan istifadə edə bilməsələr, günah onların özlərindədir. Torpaqlarımızda bizimlə silahın dili ilə danışmaq istəyənlər  düşünsünlər ki, belə bir səhvə təkrar yol verərlərsə, yalnız Bakıdakı Qənimətlər Parkının ərazilərini genişləndirə bilərlər.

 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!