07 Aprel 2024 08:55
1933
Mədəniyyət
A- A+
Qədim Nərgiztəpə həm də qəhrəmanlıq nişanəsidir

Qədim Nərgiztəpə həm də qəhrəmanlıq nişanəsidir

 

Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə qədim yaşayış məskənlərimizdən biridir. O, tariximizin bir sıra mərhələlərinə şahidlik edib. Tədqiatçıların qənaətincə, Ağdam rayonu ərazisindəki Üzərliktəpə və Naxçıvandakı Kültəpə ilə eyniyyət təşkil edən Nərgiztəpə yaşayış yeri erkən şəhər mədəniyyətinin ilkin nümunələrindəndir. Odur ki, Nərgiztəpə ərazisində həyata keçirilən arxeoloji tədqiqatlar, üzə çıxan nümunələr qədim tariximizin mərhələli şəkildə öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Nərgiztəpə yaşayış məskənində aparılan tədqiqatlar zamanı Orta Tunc, Antik dövrlərə və Orta əsrlərə aid üç mədəni təbəqə aşkar edilib. Arxeoloqlar tədqiqatlara əsaslanaraq Nərgiztəpə ərazisində Orta Tunc dövründən başlayaraq mədəniyyətlərin bir-birini ardıcıllıqla əvəz etdiyini göstərdiyini bildiriblər.
Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə və güclü yanğın izi olan zolaqlara rast gəlinib. Qalınlığı iki metrdən çox antik təbəqə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə olduqca zəngindir. 2,5 metr dərinlikdən aşkarlanan iri daşlardan və möhrədən ibarət müdafiə divarları da Nərgiztəpədə diqqət çəkən ən maraqlı, eyni zamanda da əhəmiyyətli tapıntılardandır.
Tədqiqatçılar Nərgiztəpə ətrafındakı qəbiristanlıqların XI-XIV və XVI-XVIII əsrlərə aid olduğunu müəyyənləşdiriblər. Qəbirüstü daşların üzərinə qazıma üsulu ilə ox, kaman və başqa işarələrdən, damğalardan ibarət naxışlar həkk edilib. Diqqəti çəkən məqamlardan biri də qəbirlərin üstündə, həmçinin ətrafdakı iri yumru daşlardır. "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan hadisələrin bəzilərinin, xüsusilə Qaraca Çobanla bağlı olan əhvalatların həmin ərazilərdə baş verdiyi rəvayətlərdə əksini tapıb. Ancaq tədqiqatçıların üzə çıxardığı faktlarda məlum olub ki, Nərgiztəpə  bir sıra tarixi həqiqətlərin üzərinə işıq salıb.
Qorqudşünas alimlərin araşdırmalarına görə, "Kitabi-Dədə Qorqud" dastanında bəhs edilən hadisələr, əsərin qəhrəmanları, işlənən ifadələr mifik düşüncə məhsulu olmaqdan çox uzaqdır. Məlumdur ki, ərazilərimizdə "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanlarının izləri qalmaqdadır. Onlardan biri də Xocavənd rayonundakı Nərgiztəpədir. Belə ki, Nərgiztəpə yüksəkliyi dastan qəhrəmanı Qaraca Çobanın oylağı olduğu bildirilir. Xalqın dastanda bəhs olunan real qəhrəmanının məzarı da məhz Nərgiztəpədədir. 
Ərazidə əkin-biçin işləri aparılarkən, arx və xəndəklər qazılarkən yeni-yeni abidələr aşkar olunur. Bir dəfə də traktorla Nərgiztəpənin ətrafında xəndək qazılarkən insan sümükləri, ağ tufdan yastı daş lövhələr, müxtəlif saxsı qab nümunələri, sədəfdən uzunsov düzbucaqlı şəklində düzəldilmiş muncuq üzə çıxıb. Arxeoloqlar tapılan qabların oxşarlarına Azərbaycanın Antik dövr, həmçinin Erkən Orta əsr abidələrində də rast gəlindiyini qeyd ediblər. Mütəxəssislər tapıntılara əsaslanaraq təsdiqləyiblər ki, daş örtüklü torpaq qəbirlər Antik dövr və ya Erkən Orta əsrlərin bütpərəst dini ayinləri, dəfn adətləri ilə bağlıdır.
Nərgiztəpədə xalqımızın təkcə uzaq deyil, yaxın tarixinin də qəhrəmanlıq nişanələri var. 1990-cı illərdə Azərbaycanın növbəti ərazilərini işğal etmək üçün münaqişə yaradan və müharibə alovunu körükləyən təcavüzkar ermənilər buraya da göz dikiblər. 1993-cü il aprelin 17-də Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiztəpə uğrunda döyüş olub. Dəfələrlə həmlə etdikdən, alınıb-verildikdən sonra, nəhayət, Azərbaycanın qəhrəman övladları Xocavənd rayonunun Nərgiztəpə ərazisini işğalçıların əlindən ala biliblər.
2011-ci ildə Nərgiztəpə yüksəkliyində Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi şərəfinə abidə kompleksi yaradıldı, Azərbaycan bayrağı ucaldıldı.
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçdilər. Ancaq  Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirdilər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!