27 Mart 2019 09:42
965
CƏMİYYƏT
A- A+
Qədim Naxçıvan şəhərinin tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır

Qədim Naxçıvan şəhərinin tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır


Dünya tufanı, Nuh peyğəmbər və ya Nuhçıxan

Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan diyarı tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb edib. Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaradıb. İnsanlar Daş dövründən başlayaraq bu ərazidə yaşayıb və təbii zənginliklərindən istifadə etməyi öyrəniblər. Ərazinin qədim sakinləri Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayıblar.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Nuh peyğəmbər və Dünya tufanı ilə sıx surətdə bağlıdır. Nuh peyğəmbərin torpağa endiyi ehtimal olunan yerlərdən biri də Naxçıvan ərazisindəki Gəmiqayadır. Nuh peyğəmbərin ailəsi və tərəfdaşları Naxçıvan ərazisində quruya çıxıb, burada yurd salıb. Məhz Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoyub. "Naxçıvan” sözü Nuhçıxan ifadəsindən yaranıb. Naxçıvan Nuhçıxanın varisidir, davamıdır. Nuhçıxan şəhərin formalaşması mərhələsi, Naxçıvan isə artıq inkişaf etmiş şəhərdir.

"Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb. Sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılıb”, - deyən İsmayıl Hacıyev bildirib ki, XIX əsrin 80-ci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı Konstantin Nikitin əhali arasından topladığı materiallarda Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasına dair konkret fikirlər ifadə edərək yazıb: "Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşıb. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirib. Şəhərin "ilk məskunlaşma yeri”, yaxud "birinci dayanacaq” mənasını bildirən adı da buradan əmələ gəlib... Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşayıb. Rəvayətə görə, ilk insan nəsilləri buradan yayılıb. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat edib və orada dəfn olunublar”.

AMEA Naxçıvan Bölməsinin sədri deyib: Nuh Peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu mənbələr əsasında müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi sərəncamı əsasında Naxçıvan şəhərindəki Nuh türbəsi yenidən bərpa olunub. Nuh peyğəmbərin məzarı üzərində ucaldılmış türbə yeni sivilizasiyanın Naxçıvan diyarındakı izlərinə və böyük tarixi-əfsanəvi şəxsiyyətə bəslənilən ehtiramı dolğun şəkildə ifadə edir.

Ən qədim duz mədəni -Naxçıvan Duzdağı

Akademik qeyd edib ki, K.A.Nikitin Naxçıvan şəhəri ilə yanaşı, bu şəhərdən bir qədər aralıda yerləşən Duzdağın da əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğu fikrini irəli sürüb. Rus tədqiqatçısı Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasını və şəhər əhalisinə duz çıxarmağı öyrətməsini qeyd edib. Belə olduqda Naxçıvan şəhəri ilə Duzdağ, təxminən, yaşıddır.

İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, bizim eradan əvvəl V-III minilliklərə aid maddi-mədəniyyət nümunələri aşkar edilib, tarixi əhəmiyyət daşıyan nəticələr əldə olunub. Müəyyən edilib ki, Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Burada duz mədən üsulu ilə eramızdan əvvəl V minillikdən çıxarılmağa başlanılıb. Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə, daş çəkiclər əsasında müəyyən olunub ki, bu duz yataqlarından eramızdan əvvəl V-III minilliklərdə geniş istifadə edilib. Tədqiqatlar bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulmasını və bunun da beşminillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərdiyini təsdiq edib.

Bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, daşınması, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşmə işinin inkişafına təkan verib. Duzdağ Naxçıvanda şəhərtipli mədəniyyətin əsasında dayanan ən mühüm amil olub.

Duz Muzeyi Naxçıvanın qədim tarixini əks etdirən eksponatların saxlanc yeridir

Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Naxçıvan Duz Muzeyinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: "Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur... Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”.

Akademik İsmayıl Hacıyev vurğulayıb ki, Naxçıvan Duz Muzeyi öz əhəmiyyətinə və oynadığı rola görə muzeylər arasında çox böyük və mühüm yer tutur. Çünki bu, bilavasitə ilkin şəhər mədəniyyətinin yaranması və inkişaf tarixi ilə bağlıdır. Naxçıvan duzu Naxçıvanın şəhər kimi formalaşmasında tarixi rol oynayıb. Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!