28 Aprel 2026 16:00
211
CƏMİYYƏT
A- A+
Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  


Bu gündən Xocalı rayonunun Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə müraciətlərin qəbuluna başlanır. Xanabad, Təzəbinə kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 28-i günün sonunadək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Xanabad, Təzəbinə kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Xanabad və Təzəbinə kəndlərində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. Xanabad, Təzəbinə kəndlərinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Xanabad” və ya “Təzəbinə” seçməklə ərizə formasını doldurmaq.

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Xanabad, Təzəbinə kəndlərinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uşaqların diş qoruyucuları xəstəlik mənbəyi ola bilər

18:27
28 Aprel

Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

18:26
28 Aprel

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

18:25
28 Aprel

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:23
28 Aprel

Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub

18:21
28 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

18:20
28 Aprel

bp-nin mənfəəti 129 faizədək artıb

18:17
28 Aprel

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar  

18:13
28 Aprel

Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib

18:13
28 Aprel

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb  

18:08
28 Aprel

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

18:07
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:57
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:45
28 Aprel

Braziliyada “Azərbaycan Mədəniyyət Günü”  

17:29
28 Aprel

Gürcüstan patriarxı vəzifəsinə namizədlər müəyyənləşib

17:21
28 Aprel

İran neftinin tədarükü üçün alternativ yollar axtarılır

17:15
28 Aprel

İş yeri və insan: psixososial risklərə qarşı yeni yanaşmalar

17:02
28 Aprel

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

 Ayda yeni minerallar kəşf edilib

16:38
28 Aprel

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

16:37
28 Aprel

Nyu-Yorkda elektrikli hava taksilərinin sınaq uçuşları keçirilib

16:36
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!