28 Aprel 2026 16:15
179
DÜNYA
A- A+
22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

Şri-Lanka hakimiyyəti Kolombo Beynəlxalq Hava Limanında 22 buddist rahibini baqajlarında 112 kiloqram narkotik tapıldıqdan sonra həbs edib. Gömrük rəsmiləri Tailanddan olan rahiblərdə çoxlu miqdarda kannabis aşkar ediblər.

Bildirildiyinə görə, marixuana şəffaf torbalara qablaşdırılıb və onların baqajlarının gizli ikiqat altlığına yerləşdirilib. Şri-Lanka gömrük rəsmisi bildirib ki, "hər bir rahib təxminən beş kiloqram narkotik maddə guman edilən bitki materialı daşıyıb və bunun cəmi 112 kiloqram olub".

Polis mənbələri yerli “The Daily Mirror” qəzetinə bildiriblər ki, 22 rahib bazar günü  Şri-Lankanın qərbində yerləşən Neqombo şəhər Magistrat Məhkəməsinə gətirildikdən sonra əlavə dindirilmə üçün həbsxanaya göndəriliblər. İlkin araşdırma əməliyyatın Kolombo şəhərinin kənarındakı Camburaliya ərazisindəki bir məbəddən üç rahib tərəfindən koordinasiya edildiyini ortaya qoyub. Onların Facebook vasitəsilə daha 19 nəfəri cəlb etdikləri barədə məlumat var.

Əsasən 30 yaşdan kiçik və təlim keçən gənc rahiblərin çoxu pulsuz uçuş, yaşayış yeri və yeməklə cəlb edilib. Deyilənə əsasən, əvvəlcə onlara məktəblilər üçün "təhsil materialları və şirniyyatlar" daşıyacaqları deyilib.

Yerli medianın məlumatına görə, kuş" kannabisi və həşiş olduğu guman edilən narkotik maddələrin  dəyəri təxminən 3,6 milyon ABŞ dollarıdır.

Həşiş ümumiyyətlə Tailandda qanunsuzdur və ciddi şəkildə tənzimlənir, xüsusən də THK (tetrahidrokannabinol)  (kannabisdə (marixuana) olan əsas psixoaktiv komponentdir və zehni dəyişdirici təsirlərə, eyforiyaya və rahatlamaya səbəb olur)  tərkibli məhsullara gəldikdə. 

Kannabis 2022-ci ildə qismən dekriminallaşdırılsa da, onun ekstraktları, məsələn, həşiş, ciddi şəkildə məhdudlaşdırılır və müvafiq icazə olmadan qadağandır. 

Tailandda ölüm cəzası kannabis və ya həşişin satışına və ya istifadəsinə şamil edilmir. Cinayət əməli olaraq qalsa da, yalnız ağır narkotiklərin kütləvi miqyaslı ticarəti kimi xüsusilə ağır narkotik cinayətlərinin müstəsna hallarında tətbiq edilir və praktikada adətən ömürlük həbs cəzası ilə əvəz olunur.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:23
28 Aprel

Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub

18:21
28 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

18:20
28 Aprel

bp-nin mənfəəti 129 faizədək artıb

18:17
28 Aprel

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar  

18:13
28 Aprel

Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib

18:13
28 Aprel

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb  

18:08
28 Aprel

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

18:07
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:57
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:45
28 Aprel

Braziliyada “Azərbaycan Mədəniyyət Günü”  

17:29
28 Aprel

Gürcüstan patriarxı vəzifəsinə namizədlər müəyyənləşib

17:21
28 Aprel

İran neftinin tədarükü üçün alternativ yollar axtarılır

17:15
28 Aprel

İş yeri və insan: psixososial risklərə qarşı yeni yanaşmalar

17:02
28 Aprel

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

 Ayda yeni minerallar kəşf edilib

16:38
28 Aprel

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

16:37
28 Aprel

Nyu-Yorkda elektrikli hava taksilərinin sınaq uçuşları keçirilib

16:36
28 Aprel

İranda əhaliyə ərzaq yardımının artırılması nəzərdən keçirilir

16:25
28 Aprel

22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

16:15
28 Aprel

Əli Zeydi İraqın Baş naziri vəzifəsinə namizəd göstərilib

16:04
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!