28 Aprel 2026 14:54
177
SİYASƏT
A- A+
Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib 

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib 

Çexiya Baş naziri Andrey Babişin Azərbaycana səfəri, sadəcə, diplomatik təqvimin davamı kimi yox, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və yeni siyasi reallıqların təzahürü kimi qiymətləndirilə bilər. Həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyəti olan bu səfər Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sabitlik modelinin Avropa üçün strateji məna daşıdığını bir daha sübut etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes-forumu bu baxımdan səfərin ən önəmli məqamlarından biri oldu. Forum çərçivəsində enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Çexiyanın bir sıra aparıcı şirkətləri Azərbaycanla birgə layihələrdə iştirak etmək niyyətlərini bildirdilər. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan yaşıl enerji proqramlarının və nəqliyyat qovşaqlarının artıq Avropa ölkələrinin praktik maraq dairəsinə daxil olduğunu göstərir.

"Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Azərbaycanın beynəlxalq aktorların diqqət mərkəzində olan məkan kimi səciyyələndirilməsi təsadüfi deyildi. Son illərdə Bakı təkcə regional deyil, həm də qlobal səviyyədə maraqların kəsişdiyi siyasi və iqtisadi mərkəzə çevrilib. Əgər bir vaxtlar Azərbaycan daha çox enerji resurslarının ixracatçısı kimi qəbul olunurdusa, bu gün ölkə artıq davamlı inkişaf, nəqliyyat, enerji təhlükəsizliyi və diplomatik vasitəçilik sahələrində qlobal gündəmin formalaşmasına təsir edən mühüm oyunçuya çevrilir. Azərbaycanın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynaması Avropa dövlətləri üçün strateji alternativ yaradır. Məhz bu səbəbdən də son aylarda Avropa İttifaqına üzv ölkələrin yüksəksəviyyəli nümayəndələri — Litva, Latviya, Ukrayna və nəhayət Çexiyanın rəhbərləri — Bakıya ardıcıl səfərlər edirlər. Bu diplomatik aktivlik göstərir ki, Azərbaycan artıq regiondakı prosesləri müəyyənləşdirən subyekt kimi qəbul olunur.

Aprel ayı ərzində baş tutan bu səfərlər həm regionda, həm də Avropada təhlükəsizliyin və enerji sabitliyinin yeni arxitekturasının konturlarını müəyyənləşdirir. Bir sözlə, Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti, beynəlxalq əməkdaşlığa açıq yanaşması onu müasir multipolyar dünyada yeni növ diplomatik mərkəzə çevirib ",- deyə S.Seyidov vurğulayıb.

Forumun məhz Qəbələdə təşkil olunması da simvolik xarakter daşıyırdı - bu, Azərbaycanın iqtisadi inkişaf modelinin paytaxtdan regionlara yayılmasının göstəricisidir. Forum çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr və qarşılıqlı maraqlar biznes mühitinin genişlənməsinə, Avropa ilə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

"Azərbaycanın artan rolu həm də onun iqtisadi potensialının, siyasi sabitliyinin və etibarlı tərəfdaş obrazının nəticəsidir. Bu baxımdan da Andrey Babişin səfəri və Azərbaycan–Çexiya biznes-forumu göstərdi ki, Azərbaycan artıq, sadəcə, regional lider deyil, qlobal enerji təhlükəsizliyinin, iqtisadi əməkdaşlığın və siyasi dialoqun formalaşdırıcısı kimi çıxış edir. Bakı bu gün Avropanın yeni praqmatik siyasətinin mərkəzinə çevrilərək, həm Şərqə, həm də Qərbə üz tutan strateji istiqamətlərin kəsişdiyi nöqtədə öz nüfuzunu möhkəmləndirir. Azərbaycanın artan rolu regionda sabitliyin və beynəlxalq əməkdaşlığın əsas dayaqlarından biri kimi artıq danılmaz faktdır", - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

 Ayda yeni minerallar kəşf edilib

16:38
28 Aprel

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

16:37
28 Aprel

Nyu-Yorkda elektrikli hava taksilərinin sınaq uçuşları keçirilib

16:36
28 Aprel

İranda əhaliyə ərzaq yardımının artırılması nəzərdən keçirilir

16:25
28 Aprel

22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

16:15
28 Aprel

Əli Zeydi İraqın Baş naziri vəzifəsinə namizəd göstərilib

16:04
28 Aprel

Bu ilin I rübü ərzində dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb  

16:02
28 Aprel

"Prezident Kuboku": 16 ölkənin avarçəkənləri paraddan keçib

16:01
28 Aprel

Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

16:00
28 Aprel

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:00
28 Aprel

Dövlət zəmanətli borcun məbləği 6,7 milyard manatı ötüb  

15:59
28 Aprel

Xocavənddə daha 68 ailəyə evlərinin açarları təqdim olunub  

15:57
28 Aprel

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb  

15:42
28 Aprel

Azərbaycanın dövlət borcu ÜDM-in 18,7 faizini təşkil edir

15:40
28 Aprel

Ağdam Sənaye Parkının rezidenti əmtəə nişanını Avropa İttifaqında rəsmi qeydiyyatdan keçirib  

15:38
28 Aprel

Dövlət Xidməti: Aprel çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

15:33
28 Aprel

Azərbaycan “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində təmsil olunur  

15:28
28 Aprel

Alimlərin yeni kəşfi: Kvant kimyası hesablamaları üzrə ilk səhvsiz metod hazırlanıb

15:24
28 Aprel

Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidir

15:08
28 Aprel

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib 

14:54
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!