19 Noyabr 2026 18:49
64
SİYASƏT
A- A+
YAP Mərkəzi Aparatında görüş keçirilib  

YAP Mərkəzi Aparatında görüş keçirilib  


Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Samir Cəfərovun 50 illik yubileyi münasibətilə görüş keçirilib.

Yeni Azərbaycan Partiyasından verilən məlumata görə, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Samir Cəfərov Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət mədəniyyət sahəsində uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Tahir Budaqov Azərbaycan opera sənətinin inkişafına mühüm töhfələr verən, zəngin repertuara və geniş yaradıcılıq təcrübəsinə malik Samir Cəfərovun çoxillik və məqsədyönlü fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Sizin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2012-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, eləcə də Prezident mükafatına layiq görülməyiniz əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb ki, Samir Cəfərov hazırda YAP İdarə Heyətinin üzvü kimi məqsədyönlü fəaliyyətini uğurla davam etdirərək partiyanın həyatında yaxından iştirak edir: “Sizə möhkəm cansağlığı, uzun ömür və mənəvi dəyərlərin, dövlət maraqlarının qorunması, tarixi irsimizin mühüm tərkib hissəsi olan milli mədəniyyətimizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda sağlam yetişməsi istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən Samir Cəfərov Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu, bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyada 2 min il yaşı olan qablarda süd və şərab izləri aşkarlanıb  

18:58
19 Noyabr

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib  

18:45
19 Noyabr

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib  

18:36
19 Noyabr

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

18:18
19 Noyabr

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

18:14
19 Noyabr

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

18:06
19 Noyabr

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

18:01
19 Noyabr

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər  

17:47
19 Noyabr

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib  

17:39
19 Noyabr

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib  

17:30
19 Noyabr

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib  

17:19
19 Noyabr

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

17:16
19 Noyabr

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır  

17:12
19 Noyabr

Taxıl ehtiyatları artır, ərzaq bazarında balans dəyişir

17:10
19 Noyabr

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir  

17:02
19 Noyabr

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib  

16:56
19 Noyabr

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub  

16:49
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!