19 Noyabr 2026 18:01
109
CƏMİYYƏT
A- A+
Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  


Cari ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirlərin nəticəsində ümumilikdə 6792 cinayət faktı aşkarlanıb. Onlardan 1975-i narkotik vasitələrin qanunsuz satışı, 4662-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 153-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 9 ton 49 kiloqram 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 860 kiloqram 330,386 qramını marixuana, 399 kiloqram 659,103 qramını heroin, 165 kiloqram 927,417 qramını tiryək, 253 kiloqram 763,447 qramını həşiş, 15,849 qramını kokain, 137 kiloqram 403,353 qramını digər narkotik vasitələr və 232 kiloqram 196,025 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 55732 ədəd həb metadon, 21382 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 485,058 qram və 283 ədəd güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1645 hektar sahədən yaş kütləsi 445 ton 110 kiloqram olan 4 437 555 ədəd yabanı halda bitmiş narkotiktər kiblibitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 9 ton 49 kiloqram 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.

Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kiloqram 686,733 qram və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 685 kiloqram 403,605 qram və 41 679 ədəd həb metadon narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 756 kiloqram 925,418 qram və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib.

Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən 2653 cinayət faktı törədilib və onlardan 2 ton 405 kiloqram 520,31 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib. Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilən faktların ümumi sayı 238, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 257, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30, qrup halında törədilən cinayətlərin sayı 62 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 24 nəfər azalıb. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 51 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 44 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi isə 1 ton 786 kiloqram 066,467 qram artıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 860 kiloqram 330,386 qramını (84,1 faiz) marixuana təşkil edib. Onun da 6 ton 745 kiloqram 559,326 qram (85,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 1 ton 114 kiloqram 771,06 qram (14,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar və 11 iyun 2026-cı il tarixlərdə qanunsuz dövriyyədən çıxarılıb və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kiloqram 620,899 qram, 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 45 rayon və şəhərdə 1339 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 34 kiloqram 627,375 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 155 ədəd çətənə bitkisi və 27 ədəd həb məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 78 905 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5602 nəfərdən 2781 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (3,7 faiz) nəfəri inyekson narkotik istifadəçisi olub.

2026-cı ildə “802” qaynar xətt telefon zəng xidmətinə 784 vətəndaş müraciəti daxil olub ki, onların 115-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 66-sı narkotik asılılıqdan müalicə, 603-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 181 məktub ünvanlanıb.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 300 tədbir (220 maarifləndirici və təşkilati tədbir, təlim, 80 maarifləndirici sosial aksiya) təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib  

18:45
19 Noyabr

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib  

18:36
19 Noyabr

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

18:18
19 Noyabr

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

18:14
19 Noyabr

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

18:06
19 Noyabr

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

18:01
19 Noyabr

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər  

17:47
19 Noyabr

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib  

17:39
19 Noyabr

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib  

17:30
19 Noyabr

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib  

17:19
19 Noyabr

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

17:16
19 Noyabr

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır  

17:12
19 Noyabr

Taxıl ehtiyatları artır, ərzaq bazarında balans dəyişir

17:10
19 Noyabr

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir  

17:02
19 Noyabr

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib  

16:56
19 Noyabr

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub  

16:49
19 Noyabr

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb  

16:37
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!