19 Noyabr 2026 18:18
445
CƏMİYYƏT
A- A+
Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən etmək məqsədi daşıyıb.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun olaraq dövlət məşğulluq siyasətinin də əhəmiyyətli islahat dövrü keçdiyini diqqətə çatdırıb. O, əhalinin məşğulluğunun təminatında işəgötürənlərin rolunu, Nazirliyin işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında quraraq onlarla əməkdaşlığın daha da güclənməsinə nail olduğunu qeyd edib.

İşəgötürənlərlə birgə təşkil edilən aktiv məşğulluq proqramlarını diqqətə çatdıran nazir son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin olunanların sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının 3,5 dəfə artdığını deyib.

Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması işlərini, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən əmək müqavilələrinin sayının 59 min artdığını qeyd edib. Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti sahəsində Nazirliyin işəgötürənlərlə daha çox sosial dialoqun inkişaf etdirilməsinə, biznesə metodiki dəstək göstərməyə önəm verdiyini, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərin də bunu təsdiq etdiyini diqqətə çatdırıb.

Tədbirdə həssas qruplarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. Gənclər və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatına verdikləri mühüm töhfələrə görə 5 özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.

Forum çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları”, “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” və “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzularında panel müzakirələri təşkil olunub.

Panellərdə işəgötürənlərin əmək bazarı ilə bağlı gözləntiləri, dövlətin biznes subyektlərinə təqdim etdiyi dəstək və təşviq mexanizmləri, dövlət qurumlarının işəgötürənlərlə əməkdaşlıq istiqamətləri, əmək bazarının aktual çağırışları, biznes birliklərinin məşğulluğun təşviqində rolu, sosial məsuliyyət və dövlət-biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib  

18:45
19 Noyabr

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib  

18:36
19 Noyabr

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

18:18
19 Noyabr

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

18:14
19 Noyabr

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

18:06
19 Noyabr

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

18:01
19 Noyabr

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər  

17:47
19 Noyabr

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib  

17:39
19 Noyabr

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib  

17:30
19 Noyabr

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib  

17:19
19 Noyabr

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

17:16
19 Noyabr

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır  

17:12
19 Noyabr

Taxıl ehtiyatları artır, ərzaq bazarında balans dəyişir

17:10
19 Noyabr

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir  

17:02
19 Noyabr

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib  

16:56
19 Noyabr

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub  

16:49
19 Noyabr

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb  

16:37
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!